Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008 / 13:24
Cari ildə dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir. Bu sahə olduqca sürətlə inkişaf edir.
2000-ci ildən etibarən yeni mobil telefonların alınmasının artım tempi hər il 25% təşkil edir. Hələ 2000-ci ildə mobil telefonlardan dünya əhalisinin cəmi 12% istifadə edirdi. BTİ-nin proqnozlarına əsasən 2008-ci ilin sonuna kimi isə bu göstərici 61% təşkil edəcək, RİA Novosti yazır. Qeyd edək ki, Azərbaycanda 2008-ci ilin birinci yarımilliyinə dair statistik məlumatlara əsasən mobil rabitə abunəçilərinin sayı təqribən 57% təşkil edir. xeberler.az/nermine

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.