Previous Next
Bağla

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015 10:14
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2015-ci ilin sonunadək dünya əhalisinin təxminən yarısı (46,4 faiz) İnternetdən istifadə edəcək.

Xebereler.az RYTN-nin rəsmi saytına istinadən bildirir ki, hazırda planetdə 7,2 milyarda yaxın insan yaşayır. BTİ-nin gözləntisinə görə, 2015-ci ilin dekabrınadək İnternet istifadəçilərinin sayı 3,2 milyarda çatacaq. Burada əsas paya (2 milyard nəfər) inkişaf etmiş ölkələr sahib olacaq.

Əhalinin ümumi sayının 940 milyon nəfər təşkil etdiyi nisbətən az inkişaf etmiş ölkələr  adlanan qrupda (Somali, Nepal və s.) internetə çıxış imkanına əhalinin yalnız 89 milyon nəfəri malik olacaq. Beləliklə, burada İnternetin nüfuzetmə səviyyəsi 9,5 faiz təşkil edəcək.

BTİ-nin hesabatında həmçinin qeyd olunur ki, hazırda ABŞ və Avropada hər 100 nəfərdən 78-i mobil İnternet istifadəçisidir. Qlobal miqyasda mobil abunəçilərin sayı ilin sonunadək 7 milyardı ötəcək ki, bu da Yer kürəsinin ümumi əhalisinin 97 faizinə uyğun olacaq.

Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə yalnız 738 milyon nəfər mobil rabitə istifadəçisi olub, İnternet istifadəçilərinin sayı 400 milyon təşkil edib.

Hazırda planetin əhalinin məskunlaşdığı ərazisinin 69 faizi “3G” şəbəkəsi ilə əhatə olunub (2011-ci ildə 45 faiz), lakin kənd yerlərində bu nüfuzetmə göstəricisi 29 faizdir.

Mütəxəssislərin proqnozuna görə, 2015-ci ilin sonunadək inkişaf etmiş ölkələrdə dünya ev təsərrüfatlarının 80 faizi internetə çıxış imkanı əldə edəcək. İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə bu pay göstəricisi 34 faiz təşkil edəcək. Bundan başqa, İnternetin daha çox Avropa ailələrində çəkiləcəyi (82,1 faiz) gözlənilir. MDB, Şimali və Cənubi Amerikada bu göstərici 60 faiz olacaq.

“Son 15 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində baş verən inqilab planetin misli görünməmiş inkişafına xidmət edib. İKT gələcəkdə inkişaf və yeni məqsədlərə nail olma proqramlarında daha mühüm rol oynayacaq, çünki dünya sürətlə rəqəmli cəmiyyətə doğru hərəkət edir”, - BTİ-nin İnkişaf Bürosunun direktoru Brahima Sanu deyib.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017

Yer Kürəsi əhalisinin üçdə biri internetə qoşulacaq

20-10-2010

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015

“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

19-09-2015

Şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

10-03-2025

Smartfonların satış həcmi artıb

19-11-2015

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008

Hindistan internet istifadəçilərinin sayına görə dünyada ikinci ola bilər

18-11-2015

İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

02-08-2017

Bu il İKT sahəsində hansı dəyişikliklər gözlənilir?

23-01-2016

Fərdi kompüterlərin satışı azalır

30-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə