Previous Next
Bağla

E- imzamız İspaniyada da tanınacaq

09-02-2018 15:26
E- imzamız İspaniyada da tanınacaq

Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndə heyəti qabaqcıl İKT şirkətlərinin təcrübəsi ilə yaxından tanış olmaq üçün İspaniyaya səfər edib.

MHM-dən Xeberler.az-a verilən məlumata görə, səfər çərçivəsində İspaniyanın “Elektron hökumət” həlləri ilə bağlı bir neçə qurumu ilə görüşlər keçirilib və ölkənin elektron hökumət sahəsində apardığı islahatlarla tanışlıq olub.

İspaniyanın Maliyyə və Dövlət İdarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "National Coinage and Stamp Factory – Royal Mint" (FNMT-RCM) adlı qurumun prezidenti Ceym Sançes Revenqa işgüzar müzakirələr zamanı Azərbaycanla elektron imza-nın qarşılıqlı tanınması, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi üçün təcrübə və resurs mübadiləsinə daim hazır olduğunu bildirib.

Qurumun İnformasiya Sistemləri və İqtisadi-Maliyyə Departamentinin direktoru Filip Amores Malero ilə müzakirələr zamanı MHM-in direktoru Elnar Əsədov və Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov ölkəmizdə elektron hökumət quruculuğu üzrə görülən işlər və inkişaf istiqamətləri barədə məlumat veriblər. Yaxın gələcəkdə Avropa İttifaqının e-İDAS qanunvericiliyinə uyğunlaşması istiqamətində birgə işlərin görülməsi, qısa zamanda Azərbaycan və İspaniya arasında elektron imzaların qarşılıqlı tanınması üçün tərəflər arasında memorandum imzalanması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, FNMT-RCM İspaniyanın dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə, o cümlədən vətəndaşlara elektron imza sertifikatları təqdim edir. İspaniya vətəndaşlarının elektron şəxsiyyət vəsiqələrinə autentifikasiya və elektron imzanın inteqrasiyası qeyd edilən qurumun sertifikatları vasitəsilə aparılır. Hal-hazırda ölkədə FNMT-RCM tərəfindən verilən 6,5 milyon “Elektron imza” sertifikatı işləkdir. Sertifikatların tərkibində elektron möhür və elektron vaxt göstəriciləri də mövcuddur. Tranzaksiyaları kənar müdaxilələrdən qorumaq üçün qurum uzun illər bu sahəyə vaxt və işçi potensialı sərf edib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici ölkənin e-imza sertifikatı Azərbaycanda tanınacaq

04-11-2015

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019

Azərbaycanda elektron imzaların qarşılıqlı tanınması üçün vahid platforma yaradıla bilər

15-12-2020

Elektron imza serfikatlarının sayı açıqlandı

08-08-2016

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması üçün platforma işə salınacaq

29-01-2020

Bu il 20 mindən artıq elektron imza verilib

25-07-2019

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Elektron imzaların sayı xeyli artıb

14-01-2015

Azərbaycanda əldə olunan elektron imzaların sayı 31 mini ötüb

07-05-2015

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

30-09-2019

Türkiyə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini təqdim edib

15-12-2020

Koreyalı mütəxəssislər ölkəmizin İKT sektorunu yüksək qiymətləndirib

24-09-2016

Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə