Previous Next
Bağla

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019 14:45
Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

Almaniyanın Qarmiş-Partenkirhen şəhərində “Fraunhofer IAO” Tədqiqat İnstitutu tərəfindən “go.eIDAS sammiti” keçirilir.

Xeberler.az  bildirir ki, mart ayının 27-də işə başlayan sammit bu gün başa çatacaq. Ölkəmizi bu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və mərkəzin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov təmsil edirlər. Məqsədi praktik təcrübə və tələbləri akademik yeniliklərlə birləşdirmək olan sammit “FutureTrust” layihəsi və “Açıq İdentifikasiya” üzrə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sammit eIDAS (elektron mühitdə identifikasiya və etimad xidmətləri) ekosistemi çərçivəsində mobil tətbiq və etibarlı xidmət təminatçılarını, dövlət orqanlarını, dövlət tərəfindən maliyyələşdirilən layihələr və təşəbbüsləri, akademik qurumlar və kommersiya təşkilatlarını praktik təcrübələrini nümayiş etdirmək üçün bir araya toplayıb.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın elektron mühitdə identifikasiya və etimad xidmətlərində tətbiqi, e-imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını və bu sahədə qanunvericiliyin beynəlxaq standartlara uyğunlaşdırmasını tezləşdirməkdən ibarətdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyəti araşdırmaqdır.

Qeyd edək ki, hazırda Azərbaycanda mövcud qanunvericiliyin Avropa İttifaqının sənədlərinə uyğunlaşdırılması üçün işlər aparılır. Bu çərçivədə etimad xidmətləri ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Qeyd edilən layihə etimad xidmətləri üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması, elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. Onu da qeyd edək ki, hazırda Türkiyə və Belarus ilə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

08-02-2019

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018

Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

29-05-2019

Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

30-09-2019

Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması üçün platforma işə salınacaq

29-01-2020

E- imzamız İspaniyada da tanınacaq

09-02-2018

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017

Türkiyə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini təqdim edib

15-12-2020

Azərbaycanla Türkiyə arasında e-imzanın tanınması üzrə sınaq işləri aparılacaq

21-10-2019

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

24-10-2018

Azərbaycanda elektron imzaların qarşılıqlı tanınması üçün vahid platforma yaradıla bilər

15-12-2020

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017

Azərbaycanla Türkiyənin e-imzaları qarşılıqlı tanınacaq

17-09-2019

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Rəqəmsal ticarət qovşaqlarının inkişafı müzakirə ediləcək

13-10-2017

Nazirlik saxta kimlikləri müəyyən edəcək

27-01-2018

Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

16-09-2017

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə