“E-İMZA”nın tətbiqi üçün açıq tender keçirilir

30-07-2008 / 16:37
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Məlumat- Hesablama Mərkəzi “Elektron imza”nın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulmasına dair açıq tender keçirir. Qeyd edək ki, informasiya cəmiyyətinin inkişafı üzrə “Elektron imza” sisteminin tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilmiş, müvafiq qanunvericilik bazası, normativ sənədlər hazırlanmış, Türkiyənin Telekommunikasiya Qurumu ilə “Elektron imza” sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Konsaltinq xidmətlərinin göstərilməsi üçün Türkiyənin adı çəkilən qurumu və Rusiya Federasiyasının “Vosxod” Elmi-Tədqiqat İnstitutu ilə müqavilələr imzalanmışdır. Həmin işlərin nəticəsi olaraq “Azərbaycanda sertifikatlaşma üzrə ali sertifikat xidmətləri sisteminin yaradılması konsepsiyası”nın layihəsi hazırlanmışdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə