Məlumat verdiyimiz kimi, Sankt-Peterburq şəhərində 12-14 sentyabr tarixlərində Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi tərəfindən XV beynəlxalq “PKİ-Forum Rusiya 2017” beynəlxalq konfransı keçirilib.
Forumda Rusiya, Polşa, Qazaxıstan, Belarusiya və digər ölkələrdən 300-ə yaxın nümayəndə iştirak edirdi.
Ölkəmizi tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndəsi, Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov və nazirliyin əməkdaşı Fuad Müştaqov təmsil edib.
Arif Maliov Sertifikat Xidmətləri Mərkəzində görülən işlər və əldə edilən nəticələr haqqında məruzəni forum iştirakçılarının nəzərinə çatdırıb.
Xeberler.az olaraq Arif Maliov ilə konfrans barədə ətraflı söhbət etdik:
- Arif müəllim, konfransda əsasən hansı mövzular müzakirə edild?
- Forumun beş bölməsində 35 məruzə təqdim edildi və ənənəvi daimi masa formatında 3 sessiya təşkil olundu. Builki forumun əsas mövzuları sertifikat mərkəzlərinin fəaliyyətinin hüquqi normativ tənzimlənməsi, Rusiya Federasiyasında elektron sənəd dövriyyəsinin hüquqi aspektlərin müzakirəsi, açıq açar infrastruktur texnologiyalarında yeniliklərin tətbiqi (blockchain və açıq açar infrastruktur texnologiyaların əlaqələndirməsi) və ölkələr arasında elektron imza”-arın qarşılıqlı tanınması üzrə beynəlxalq təcrübə mübadiləsi oldu. “Tənzimləyici ilə dialoq” mövzusuna həsr olunmuş birgə yığıncaqda Sertifikat mərkəzləri ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə açıq diskussiyalar aparıldı. Rusiya Federasiyasında elektron imza sahəsində tənzimləyici funksiyaları Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi həyata keçirir.
- Elektron imzanın tətbiqi sahəsində də müzakirələr oldumu?
- Bəli, forumun plenar iclasında çıxış edənlərdən biri olan НИИАС ОАО informasiya cəmiyyətinin elmi-tədqiqat kompleksinin rəhbəri Andrey Galdin perspektiv elektron imza texnologiyaların dəmir yolu nəqliyyatında tətbiqi haqqında məruzə ilə çıxış etdi. Avropa-Rusiya-Çin beynəlxalq dəmir yolu nəqliyyatında elektron imza-nın və elektron sənəd dövriyyəsinin tətbiqi üçün görüləcək tədbirlər və təkliflər məruzəçi tərəfindən irəli sürüldü. Birinci bölmədə altı məruzə təqdim olundu. Demək olar ki, məruzələrin əksəriyyəti “elektron imza” və elektron sənəd dövriyyəsi sahəsində qanunvericiliyin inkişafına həsr edilmişdi. Forumun ikinci bölməsində açıq açar infrastrukturunun perspektiv texnologiyaları üzrə müzakirələr aparıldı. Digər məruzələr dövlətlər arasında elektron imza-ların qarşılıqlı tanınmasına (eİDAS, UNCİTRAL) həsr olundu.
- Arif müəllim, Siz ölkəmizi necə təqdimatla təmsil etdiniz?
- Kriptoqrafiya standartlarının inkişafı üzrə məruzələr forumun dördüncü və beşinci bölmələrində təqdim edildi. Bu bölmədə “Azərbaycan Respublikasında açıq açar infrastrukturunun inkişafı və yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsinin statusu” mövzusunda təqdimatım oldu.
- Konfransın ölkəmizdə bu sahənin inkişafına necə təsir edə bilər?
- Dünyada önəmli sayılan kriptoqrafiya sahəsinin sürətli inkişafı ilə əlaqədar hər il Rusiya Federasiyasında və həmçinin Avropada (Polşa) keçirilən beynəlxalq PKİ forumlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qeyd edilən istiqamət üzrə mütəxəssislərinin iştirakı böyük önəm daşıyır. Dövlətlər arasında elektron imza-ların qarşılıqlı tanınmasını və dünyada bu istiqamətin transsərhəd elektron əməliyyatlarında istifadəsinin sürətli inkişafını nəzərə aldıqda, Sertifikat Xidmətləri Mərkəzində “körpü mərkəzi”-nin qurulması zəruridir. Həmçinin Yeni nəsil şəxsiyyət vəsiqələrinin çipi üçün Azərbaycanın (Made in Azerbaijan nişanlı) öz əlaqələndirici proqram təminatının (“middleware”) yaradılması məqsədilə mütəxəssislərimizin xaricdə təlim keçməsinə dəstək verilməsi məqsədə uyğundur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri