Previous Next
Bağla

Gömrük Komitəsi: “Sahibkarlar mütləq elektron imza almalıdır”

14-01-2016 10:58
 Gömrük Komitəsi: “Sahibkarlar mütləq  elektron imza almalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına dair tapşırığı ilə əlaqədar Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sahəsini daha da genişləndirir. Məmur-vətəndaş təmasının minimuma endirilməsi məqsədilə elektron bəyannamələrin tətbiqinə başlanacaq.

Xeberler.az AZƏRTAC-a istinadən xəbər verir ki, elektron bəyannamələrin tətbiqi ilə bağlı aparılan işlər barədə fikir bildirən Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev elektron bəyannamələrin tətbiqi üçün qanunvericilik bazasının yaradılmasının vacibliyinə toxunub.

Onun sözlərinə görə qanunvericilik bazası bütün dövlət orqanları ilə razılaşdırmalar əsasında yaradılmalıdır. Bütün bunlar elektron bəyannamə kağızı olmadıqdan sonra dövlət orqanları, hüquq-mühafizə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün elektron bəyanetmə sisteminin qanunvericilik bazasında öz əksini tapmalıdır.

İqbal Babayev qeyd edib ki, DGK-nın elektron xidmətlərinin həyata keçirilməsi üçün sahibkarlar mütləq elektron imza əldə etməlidir. Elektron imzası olmayan sahibkar elektron bəyanetməni həyata keçirdə bilməyəcək: “Malını bəyan edə bilməyən sahibkar təbii ki, malını rəsmiləşdirə bilməyəcək. Biz sahibkarlardan xahiş edirik ki, elektron imza kartlarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əldə etsinlər. Nazirlər Kabinetinin qərarı ilə qısa bir zamanda DGK elektron bəyanetmə sisteminin tətbiqinə keçə bilər”, - deyə İ.Babayev vurğulayıb.

Gömrük rəsmisi bildirib ki, bütün dünya artıq nəzarət mexanizmindən xidmət mexanizminə keçir. DGT-nın tövsiyə etdiyi mexanizmin ölkəmizdə də tətbiqi bizim üçün çox əhəmiyyətlidir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-İMZA”nın tətbiqi üçün açıq tender keçirilir

30-07-2008

“ELEKTRON-İMZA”NIN TƏTBİQİ VƏ “ELEKTRON HÖKUMƏT”İN FORMALAŞDIRILMASI

09-01-2009

Dövlət Gömrük Komitəsində yeni elektron xidmət istifadəyə verildi

12-04-2016

DGK-nın elektron xidmətlərindən istifadə asanlaşıb

03-06-2024

RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

20-04-2012

Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq

30-11-2022

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25-04-2012

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019

Naxçıvanda I yarımildə 200-ə yaxın elektron imza sertifikatı verilib

07-07-2023

DGK sədri sənəd dövriyyəsinin tamamilə elektronlaşdırıldığını bildirdi

12-01-2019

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013

“Asan İmza” ölkədə elektron cəmiyyəti formalaşdırır

11-05-2016

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015

Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

23-12-2021

Gömrük idarələrində elektron ödəmə terminalları quraşdırılıb

14-03-2019

Naxçıvanda 9 ayda "Elektron imza" alanların 64 %-i dövlət qurumları olub

04-10-2023

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

DGK: Gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması qarşımızda duran prioritet hədəflərdən biridir

07-10-2024

Nazirliklərin göstərəcəyi elektron xidmət növlərinin siyahısı açıqlanıb

28-11-2011

Elektron ticarətin təşviqi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb

07-10-2013

İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-01-2017

Prezident İlham Əliyev Sərəncam imzalayıb

17-03-2020

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə