Previous Next
Bağla

E-sosial internet portalına bu günədək 100 mindən çox baxış olub

15-04-2019 15:25
E-sosial internet portalına bu günədək 100 mindən çox baxış olub

20 mindən çox aktiv istifadəçisi olan portalın mobil tətbiqi İOS əməliyyat sistemi üzərindən də təqdim olunacaq.

Xeberler.az  bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi www.e-sosial.az internet portalına bu günədək 100 mindən çox baxış olub. Portalın aktiv istifadəçilərinin sayı 20 mini ötüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Prezident cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən hazırlanan portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı verib. Vətəndaşlar bu portal vasitəsilə öz sosial-əmək hüquqlarının təminatı prosesinə mütəmadi nəzarət edə bilirlər. Portalda vətəndaşlara aid mövcud məlumatlar, həmçinin onların faydalana biləcəyi xidmətlərə, sosial təminat hüquqlarına da dəlalət edir. Məsələn, şəxsin portalda əmək müqaviləsi varsa, bu, onun əmək hüquqlarının olduğunu, fərdi hesabı varsa, orada pensiya kapitalı toplanırsa, bu, onun gələcək pensiya təminatı hüququnu, əlilliyi varsa, bu, onun əlilliyə görə sosial müavinət və ya pensiya hüququnun olmasını və s. göstərir.

İstifadəçi özü barədə portalda toplanmış məlumatları daim izləyə, yoxlaya bilir, öz məlumatları və yaranan hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirmək funksiyasına malik olur. S.Babayev deyib ki, portalın “android” əməliyyat sistemi üzərindən mobil tətbiqi da istifadəyə verilib. Yaxın günlərdə isə “İOS” əməliyyat sistemi üzərindən də mobil tətbiq təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-sosial.az portalına 1 milyondan çox baxış olub

13-11-2019

e-sosial.az portalında aktiv istifadəçilərin sayı artmaqda davam edir

14-04-2022

E-sosial.az portalına 60 milyon müraciət qeydə alınıb

04-06-2022

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

25-04-2025

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025

On ayda “e-sosial”dan 13,8 milyon dəfə istifadə olunub

26-11-2025

Son 5 ayda “e-sosial” portalından 6 milyon 700 min dəfə istifadə olunub

24-06-2025

Bu il e-sosial.az portalından 5,4 milyon dəfə istifadə olunub

30-11-2024

Son bir ildə “e-sosial”dan 17 milyon dəfə istifadə olunub

29-01-2026

Səkkiz ayda “e-sosial”dan 10,5 milyon dəfə istifadə olunub

18-09-2025

On bir ayda “e-sosial”dan 15 milyon 400 min dəfə istifadə olunub

24-12-2025

Yanvar-iyul aylarında “e-sosial”dan 9,3 milyon dəfə istifadə olunub

27-08-2025

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

08-02-2024

E-sistem vasitəsilə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

02-01-2020

“E-sosial”ın aktiv istifadəçi sayı artıb

25-02-2020

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

“E-sosial” portalının aktiv istifadəçi sayı 800 mini ötüb

16-10-2020

“Pensiya kalkulyatoru” e-xidmətinə 1,9 milyondan çox müraciət olub

29-12-2024

Bu e-xidmətə 1,3 milyondan çox müraciət olub

09-01-2023

E-sosial-ın funksionallığı daha da genişlənib

28-01-2020

“Pensiya kalkulyatoru” elektron xidmətinə 1,3 milyonadək müraciət olub

23-09-2024

I rübdə “Pensiya kalkulyatoru" 368 min dəfə istifadə olunub

23-04-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə