Previous Next
Bağla

E-sosial-ın funksionallığı daha da genişlənib

28-01-2020 13:39
E-sosial-ın funksionallığı daha da genişlənib

Vətəndaşlara onlarla bağlı sosial məlumatlara real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq, öz sosial hüquqlarının təminatına daimi nəzarət imkanı verən “e-sosial” internet portalının funksionallığı daha da genişləndirilib.

Belə ki, portalın “e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərin sayı artırılıb.

Xeberler.az bildirir ki, buraya iş axtarışı ilə bağlı müraciət edilmə xidməti də daxil edilib ki, hər bir şəxs istənilən vaxt portalda vakansiyalarla tanış ola və əmək bacarıqlarına uyğun iş yerlərinə elektron qaydada göndəriş əldə edə bilər. Portalda işəgötürənlər üçün də yeni xidmət, yəni yeni iş yeri və boşalmış iş yeri (vakansiyalar) barədə məlumatların təqdim edilməsi xidməti də formalaşdırılıb. Həmçinin portala valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə xidmətləri, avtomatlaşdırılmış pensiya və ya müavinət təyinatı barədə vətəndaşlar tərəfindən məlumatın real vaxt rejimində əldə olunması və s. kimi xidmətlər daxil edilib.

Eləcə də “e-sosial”da geniş əhatəliliyə malik e-arayış xidmətləri yaradılıb. Burada 15 növdə e-arayış xidməti (iş yerinə dair, əlilliyə dair, müavinət, təqaüd, pensiya, maddi yardım, birdəfəlik ödəmə, dövlət tərəfindən mənzil, avtomobil, ünvanlı dövlət sosial yardımı ilə təmin olunma və s. barədə e-arayış xidmətləri) də təqdim edilir. Yaxın günlərdə bu xidmətlərin sırası daha da genişlənəcək.

Eyni zamanda, portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. Yeniliklərdən biri kimi, artıq portalın İOS platforması üçün tətbiqi də istifadəyə verilib. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradıb. Artıq portalın android tətbiqindən 12500, İOS platforması üçün tətbiqindən isə 350 istifadəçi yararlanır.

Ümumilikdə “e-sosial” portalına marağın getdikcə artmasının göstəricisi kimi, portalın aktiv istifadəçi sayı 150 minə, portala baxış sayı 1 milyon 700 minə çatıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-sosial”ın aktiv istifadəçi sayı artıb

25-02-2020

Son bir ayda 50 minə yaxın e-arayış verilib

03-02-2023

ƏƏSMN-nin 15 növ e-arayış xidməti əhalinin istifadəsinə verilib

09-12-2020

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

12-05-2020

e-sosial portalının aktiv istifadəçilərinin sayında artıb

23-07-2020

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020

Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

13-04-2020

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019

E-sosial internet portalına bu günədək 100 mindən çox baxış olub

15-04-2019

Son 5 ayda “e-sosial” portalından 6 milyon 700 min dəfə istifadə olunub

24-06-2025

Nazirliyin fəaliyyət sahələri üzrə 249 min e-arayış verilib

25-09-2024

E-sosial.az portalına 1 milyondan çox baxış olub

13-11-2019

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib

21-12-2024

Bu il e-sosial.az portalından 5,4 milyon dəfə istifadə olunub

30-11-2024

Sosial sahə üzrə son on ayda 307 min elektron arayış verilib

28-11-2024

Bu sahələri üzrə 502,6 min e-arayış verilib

19-12-2022

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

Səkkiz ayda “e-sosial”dan 10,5 milyon dəfə istifadə olunub

18-09-2025

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

26-06-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025

Yanvar-iyul aylarında “e-sosial”dan 9,3 milyon dəfə istifadə olunub

27-08-2025

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə