Previous Next
Bağla

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019 14:08
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verdi.

Xeberler.az bildirir ki, bununla əlaqədar keçirilən təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən aparılan islahatların bir istiqaməti əmək, məşğulluq, sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində təkmilləşdirilməsi və şəffaflaşdırılması, vətəndaşlara proaktiv xidmətlər sisteminin qurulmasıdır. 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi tətbiq olunur. Bu ilin oktyabr-noyabr aylarında isə nazirlik uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinətin və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin e-təyinat mexanizmlərini istifadəyə verib.

Həmin e-sistemlər vasitəsilə bu günə qədər 15 mindən çox şəxsə pensiya, 14 minədək şəxsə müavinət və təqaüd e-qaydada təyin olunub.

Nazir müavini qeyd edib ki, bu gündən müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü də elektron qaydada aparılacaq. Bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün təyinatı elektronlaşmış olur. Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.

A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün e-sosialmobil tətbiqi mexanizmi də işə salınır. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün e-təyinatı barədə təqdimatla çıxış edib.

Bildirilib ki, həmin şəxslərə əlillik təyin edildiyi vaxt bu barədə məlumat nazirliyin “Əlillik” altsistemindən “Sosial ödənişlər” altsisteminə ötürülür və onlara bu altsistem avtomatik olaraq aylıq müavinəti və ya pensiyanı təyin etməklə bərabər, Prezidentin aylıq təqaüdünün təyinatını da həyata keçirir. Bu barədə vətəndaşa sms göndərilir, habelə həmin şəxs üçün ödəniş kart sifarişi banka göndərilir. Şəxs sms-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını əldə edir.

Tədbirdə İOS əməliyyat sistemi üçün e-sosial mobil tətbiqi mexanizmi barədə də məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020

Sağlamlıq imkanları məhdud uşaların müavinət təyinatı elektronlaşdırılıb

13-11-2019

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

25-01-2020

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

07-07-2020

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

29-08-2020

e-sosial portalının aktiv istifadəçilərinin sayında artıb

23-07-2020

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

12-10-2019

Son bir ayda 50 minə yaxın e-arayış verilib

03-02-2023

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019

Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

25-01-2023

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

21-10-2019

Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

13-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə