Ədliyyə Nazirliyi e-xidmətlərinin sayını artırır

14-04-2017 / 17:06

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Ədliyyə Nazirliyinin 5 yeni xidməti inteqrasiya edilib.

Bu barədə Xeberler.az-a MHM-dən məlumat verilib.

Bu xidmətlərə “Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi”, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi”, “Dövlət notariat arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi”, “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” və “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” daxildir.

Qeyd edək ki, “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti qeydiyyatsızdır. Digər xidmətlərdən istifadə etmək üçün isə “Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.

Beləliklə, elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və bununla da vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən elektronlaşdırılan xidmətlərin sayı artıq 22-yə çatıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə