Previous Next
Bağla

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016 10:18
Ad və soyadın dəyişdirilməsi asanlaşdı

Ədliyyə Nazirliyinin Kollegiyası “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

Xeberler.az bildirir ki, bu elektron xidmət istifadəçilərin qeydiyyat orqanına getmədən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən (http://www.e-gov.az; http://exidmet.justice.gov.az) bu elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır.

Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür.

Ancaq polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna edilir.

Elektron xidmətin göstərilməsinin nəticəsində adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə və ya adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar  istifadəçiyə təqdim edilir. 18 yaşına çatmış fiziki şəxslərin istifadəçisi ola biləcəyi elektron xidmət üzrə ödənişə 10 manat dövlət rüsumu daxildir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti 25 gündən artıq olmamalıdır. 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ad və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

02-05-2023

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Ədliyyə Nazirliyi e-xidmətlərinin sayını artırır

14-04-2017

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

06-09-2012

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Azərbaycanda on-line evlilik reallaşdı

06-03-2012

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

Səyyar ASAN xidmət Ucarda

12-10-2015

Səyyar ASAN xidmət Zərdab və Ucarda

06-11-2015

Səyyar Asan xidmət Pirşağıda

06-10-2015

Səyyar ASAN xidmət Qobuda

13-11-2015

Səyyar ASAN xidmət davam edir

07-02-2020

Nazirliyin elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub

18-11-2015

Səyyar ASAN xidmət Siyəzəndə

14-03-2016

Səyyar ASAN xidmət Masallı, Quba və Qəbələdə

28-10-2015

Səyyar ASAN xidmət Saatlıda

22-02-2016

Səyyar ASAN xidmət Tovuzda xidmətə başlayıb

05-08-2015

Səyyar ASAN xidmət Tərtərdə

16-11-2015

Səyyar ASAN xidmət Tağıyev qəsəbəsində

05-12-2015

Səyyar ASAN xidmət Goranboy və Qobustanda

13-10-2015

Səyyar ASAN xidmət İmişlidə

01-02-2016

Səyyar ASAN xidmət Tovuzda

01-07-2016

Səyyar ASAN xidmət Biləsuvarda

04-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə