Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub kanalı izləyici sayı 100 mini ötdüyü üçün qurum “YouTube” platformasının gümüş plaketinə layiq görülüb.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yutub kanalının hazırda 115 mindən çox izləyicisi var. Kanal üzərindən ictimaiyyətin əmək və məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya, sosial xidmətlər, himayədar ailə, övladlığagötürmə və digər aidiyyəti fəaliyyət sahələrinə dair ardıcıl məlumatlandırılma işləri aparılır.
Təqdim edilən xəbər və müsahibələr, maarifləndirici videomateriallar, həmçinin proaktiv məlumatlandırma məqsədli materiallar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Ötən dövrdə nazirliyin yutub kanalı üzərindən paylaşılan 14 mindən çox videoya 33 milyondan çox baxış olub.
Son bir ayda isə nazirliyin yutub kanalına baxış sayı video və "shorts" bölməsi üzrə 400 minə çatıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları