Previous Next
Bağla

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022 20:35
Ekspert: SİMA nə zaman populyar olacaq?
SİMA yeni rəqəmsal imzanın inteqrasiyası sürətlənib.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz "Facebook" səhifəsində post paylaşıb.
"Sima artıq “ASAN Login” sisteminə də qoşulub. Çox uğurlu bir addımdır. Düşünmək olar ki, qısa zamanda RİNN və ASAN  inteqrasiya üçün birgə xeyli işlər görüblər.
SİMA-nın ASAN-a inteqrasiyasi o deməkdir ki, artıq müxtəlif dövlət sistemlərinə, 80-dən çox dövlət portallarına girişlə bağlı vətəndaşlar daha asan və sadə bir identifikasiya alətinə malik olub.
Yəni, bu məsələdə, sadəcə portallara giriş məsələsində ASAN-a aid olmayan ASAN imzanın inhisarçılığının qarşısı alınıb.
Lakin hələlik bu o demək deyil ki, vətəndaş bütün dövlət xidmətlərini SİMA ilə əldə edə biləcək, sənədlərini SİMA ilə imzalayacaq. Ciddi problemlər qalır.
Xidmətlərin özünün SİMA-ya inteqrasiyası hələ yeni başlayıb. Düşünürəm ki, vətəndaşlar yalnız bundan sonra SİMA-nın üstünlüyünü, real faydasını görə biləcəklər.
Məsələn, hələlik kifayət qədər populyar olan, ciddi ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlər, vergi xidmətləri, notarial xidmətlər, MİDA xidmətləri, əmlak xidmətləri SİMA-ya inteqrasiya olunmayıb. Vətəndaşın təqdim etdiyi sənədlərin isə SİMA ilə imzalanması üçün mütləqdir ki inteqrasiya olunsun.
Düşünürəm ki, bu xidmətlərin, xüsusilə də vergi xidmətlərinin daha tez bir zamanda SİMA-ya inteqrasiyasına ehtiyac var.
Məhz bu sahədə mobil imza olan ASAN imzanın inhisarçılığı ən yüksək həddədir.
Bildiyim qədər RİNN, AzİnTelecom hazırda əlaqədar qurumlarla birgə SİMA-nın dövlət xidmətlərinə inteqrasiyası istiqamətdə çalışırlar.
Elə bu gün keçirilən “Korrupsiyanın qarşısının alınmasında texnologiyaların rolu” mövzusunda ictimai dinləmələrdə də həm də bu haqda müzakirə aparılıb.
SİMA-nın əsas üstünlüyü odur ki, mobil nömrəyə bağlı deyil, vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən rəqəmsal bir identifikasiya vasitəsi, sənədləri imzalama vasitəsi əldə etmiş olur.
SİMA mobil tətbiqlərini yükləyib heç bir ödəniş etmədən, qısa bir anda, biometrik (üztanıma) texnologiyası ilə qeydiyyatdan keçib bu rəqəmsal imzanı əldə etmək mümkündür.
Ümid edirəm, qısa zamanda SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən dövlət xidmətlərinə inteqrasiyası başa çatacaq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə