Previous Next
Bağla

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023 12:34
SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

Artıq SİMA rəqəmsal imzanın Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə inteqrasiyası həyata keçirilir. İlkin mərhələdə SİMA-nın nazirliyin tabeliyində olan “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” portalına inteqrasiyası yekunlaşıb.

Artıq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsil müəssisəsi və elmi təşkilatları olan qurumların məsul şəxsləri portala daxil olarkən şəxsiyyətin eyniləşdirilməsini SİMA ilə həyata keçirəcəklər.

SİMA ilə inteqrasiyadan əvvəl qurumların mütəxəssisləri əvvəlcədən təyin edilmiş istifadəçi adı və şifr əsasında sistemə daxil olurdular. Biometrik həllərə əsaslanan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya nəticəsində isə sistemə giriş daha etibarlı olacaq və şəxsin bilavasitə özü tərəfindən daxil olma etibarlılığı yüksələcək.

SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb

05-12-2023

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə