Artıq ipoteka krediti əldə etmək istəyən vətəndaşlar müraciətlərini SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiq edəcəklər.
Yeniliyə əsasən, vətəndaşlar kredit limitinin ayrılması zamanı onlayn müraciətlərini pin kod və ya digər üsullarla deyil, yalnız SİMA İmza-nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.
Beləliklə, hər bir müraciətin məhz vətəndaşın özü tərəfindən doğrulandığı biometrik yoxlama ilə müəyyən olunacaq.
Tətbiq olunan yanaşma ipoteka ilə mənzil alışında təhlükəsizliyi və şəffaflığı təmin edəcək, müraciət zamanı yarana biləcək sui-istifadə hallarının və prosesə kənar müdaxilə riskinin qarşısını almağa imkan verəcək. Nəticədə bütün müraciət edənlər üçün bərabər və ədalətli şərait yaranacaq.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən məsafədən, təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verir. Vətəndaşlar SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə onlayn və ödənişsiz şəkildə əldə edə bilərlər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları