Previous Next
Bağla

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023 16:31
Ekspert: "Asan imza" sistemi çöküb
Artıq bir neçə saatdır ki "Asan imza" dan istifadə etmək mümkün deyil.
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Yəni, nə "Asan imza" şəxsi kabinetə daxil olmaq, nə də Asan logində "Asan imza"dan istifadə edərək resurslara və xidmətlərə giriş mümkün deyil.
Qaynar xətdə zəng etdikdə, "Asan imza" sistemində texniki problemin olmasını təsdiqləyiblər. Maraqlıdır ki, "Asan imza" şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.
Düşünmək olar ki, problem son zamanlar DVX-nin öz sistemlərini yeniləməsi, AVİS-in yenidən qurulması, yeni mobil resurslar yaratması və inteqrasiyası ilə də bağlı ola bilər. İstənilən halda, uzun müddət dövlətin əsas identifikasiya sisteminin işləməməsi normal bir vəziyyət deyil. Dövlət resursları, strateji əhəmiyyət kəsb edən xeyli sistemlər, sahibkarlıq və biznes əməliyyatları əsasən məhz Asan imza üzərində qurulub.
Sahibkarlıq sektorunda , hüquqi şəxslərdə mobil rəqəmsal imza sahəsində , hazırda inhisarçılıq var. ASAN Xidmətə aidiyyatı olmayan, yetərincə baha xidmət olan ( aylıq 2.5 manat istifadə haqqı) Asan imza sahibkarlıq və digər strateji sahələrdə mobil imza olaraq uzun illərdir ki, inhisarçılığını saxlayır. Yəni, ölkənin digər bir rəqəmsal imzası, RİNN-ə məxsus olan SİMA hələlik sahibkarlıq sektoruna inteqrasiya edə bilməyib. Odur ki, bu anda Asan imza ilə problemi olan sahibkar, biznes qurumu vergi məsələləri və digər əməliyyatlarla bağlı SİMA-dan istifadə edə bilməz. Nə xidmət ala bilər, nə də hansısa bir vacib əməliyyat. Fikrimcə bu vəziyyət İqtisadiyyat Nazirliyini, RİNN-i, Antiinhisar Xidmətini ciddi düşündürməlidir.
Görəsən nə üçün , SİMA indiyədək Dövlət Vergi Sisteminə inteqrasiya olunmayıb ?
Burada kiminsə, hansısa qurumun və ya şəxsin, Asan imza-nın aid olduğu xarici şirkətin maraqları varmı?
Bir ildən çoxdur ki, yetərincə çevik, effektiv və əlçatan, pulsuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə nə üçün inteqrasiya olunmaması xeyli düşündürücüdür".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: "Asan imza" yenə çöküb

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025
"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023
"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz

"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz

11-08-2025
ASAN imza problemi davam edir

ASAN imza problemi davam edir

28-03-2019
Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018
Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026
Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024
Ekspert: SİMA nə zaman populyar olacaq?

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023
Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025
Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023
I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026
Son 5 ayda 191 min "ASAN İmza" sertifikatı verilib

Son 5 ayda 191 min "ASAN İmza" sertifikatı verilib

11-06-2026
11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025
7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025
2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026
4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026
Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021
"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

13-05-2025
Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib

Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib

10-10-2024
5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025
Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə