“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016 / 10:44

Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib.

Xeberler.az-ın məlumatına görə, müsabiqə 3 istiqamət (Müəllim, Şagird və Məktəb istiqamətləri) olmaqla, 6 nominasiya üzrə keçiriləcək.

Müsabiqə Dr. Web, AZEDUNET, Ultra, Edumediya Azərbaycan, Nar mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri stimullaşdırmaq, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə