G20 ölkələri süni intellekt (Sİ) texnologiyalarının beynəlxalq ticarətin inkişafına və lazımsız qeyri-tarif maneələrinin aradan qaldırılmasına kömək edə biləcəyini hesab edirlər.
Xeberler.az məlumat verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində keçirilən G20 ölkələrinin innovasiyalar üzrə nazirlər görüşünün yekunlarına dair konsensus əsasında qəbul edilmiş bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Sİ hökumətlərə beynəlxalq ticarəti daha səmərəli təşkil etməyə, tənzimləyici prosesləri sadələşdirməyə, lazımsız qeyri-tarif maneələri azaltmağa və ticarət tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsinə imkan verə bilər.
G20 ölkələri innovasiyaları dəstəkləmək və süni intellektdən istifadə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə təhlükəsiz və etibarlı Sİ modellərinə çıxışın təmin edilməsinə yardım göstərməyə çağırılıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları