AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC dünyanın nüfuzlu texnologiya müsabiqələrindən olan "DCS Awards 2026"da uğurla təmsil olunub.
Şirkət "AZINCLOUD" platforması ilə "İlin bulud layihəsi" (Cloud Project of the Year) nominasiyasında yüksək qiymətləndirilərək "runner up" (xüsusi fərqlənmə) statusunu qazanıb. Qaydalara əsasən, bu status yalnız texnoloji innovativliyi, etibarlılığı və yüksək göstəriciləri ilə fərqlənən layihələrə verilir.
Qeyd edək ki, "DCS Awards" hər il məlumat mərkəzləri, bulud xidmətləri və İT infrastrukturu üzrə dünyanın qabaqcıl texnologiya şirkətlərini və layihələrini müəyyən edir. Qlobal miqyasda rəqabətin yaşandığı və dünya telekommunikasiya liderlərinin yarışdığı müsabiqədə "AZINCLOUD"un fərqlənməsi “AzInTelecom”un İT
infrastrukturunun beynəlxalq səviyyədə olduğunu göstərir.
“AZINCLOUD” haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları