Bu gün “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.
Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirlik tərəfindən 6-cı dəfə keçirilən müsabiqəyə marağın böyük olduğunu söyləyib.
Emin Əmrullayev nəzərə çatdırıb ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Qeyd edək ki, “Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsiflər heyəti müsahibə əsasında müəyyənləşdirilib. Müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilərək 14 qalib elan olunub və 18 fərqlənən iş müəyyən edilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Müsabiqənin keçirilməsinə Dr.Web, AzEduNet, Ultra, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi, Edumedia Azərbaycan və Nar Mobile şirkətləri tərəfindən dəstək verilib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri