Əmək müqavilələrini “e-sosial” tətbiqi ilə imzalamaq mümkündür

18-04-2025 / 18:49

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər.

Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN İmza” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə