Previous Next
Bağla

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025 11:28
ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

Əmək müqavilələrinin e-sənəd formasında bağlanması prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.

Xeberler.az bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək müqavilələrinin artıq 94 faizi elektronlaşdırılıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi, yaxud ona xitam verilməsi də e-qaydada icra edilir.

İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Cari ilin mart ayından “e-Sosial” portalının mobil tətbiqində də əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya işə salınıb. Bu da əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə, müqavilələrin e-qaydada imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edib.

Belə ki, işəgötürənin təsdiq üçün təqdim etdiyi əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Nəticədə vətəndaşlar həmin müqavilələri e-qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025

Naxçıvanda təhsil müəssisələrində əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb

20-09-2024

Şirkətlərin işçilərin əmək müqaviləsini ləğv edəilməsi qaydası açıqlanıb

24-09-2024

Əmək müqavilələrini “e-sosial” tətbiqi ilə imzalamaq mümkündür

18-04-2025

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

06-05-2022

“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb

11-09-2024

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıq yaradılıb

27-10-2025

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə