Previous Next
Bağla
REKLAM YERİ

Ən təhlükəsiz rəqəmsal mühiti Azercell Kids ilə yaradın

04-11-2019 18:39
Ən təhlükəsiz rəqəmsal mühiti Azercell Kids ilə yaradın

Xeberler.az bildirir ki, ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz İnternet məzmunundan qorumaq üçün daha bir rəqəmsal layihəyə başlamışdır İnnovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslərini uğurla davam edən Azercell Telekom, dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə Azercell Kids (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verdi.

Səkkiz yaşa qədər olan uşaqların 98%-inin ən azı bir mobil cihaz istifadə edilən ailələrdə yaşadığını nəzərə alaraq, son 12 ay ərzində “Uşaqlar və ailə“ kateqoriyalı tətbiqlərin Google Play və iOS üçün dünya miqyasında 4.4 milyard dəfədən çox yükləndiyi təəccüblü deyil. Eyni zamanda valideynlər rəqəmsal məzmuna və təhlükəsizliyə nəzarətsiz giriş ilə bağlı problemlərdən çox narahatlıq keçirməkdə davam edir. “Azercell Kids” (kids.azercell.com) xüsusilə bu cür problemləri aradan qaldırmaq və uşaqlara yaş filtrasiyası olan populyar rəqəmsal məzmunu təmin etmək üçün işlənib hazırlanmışdır.

“Azercell Kids” əlavəsinin köməyi ilə Azərbaycanda uşaqların maraq dairələrinə əsaslanan 40-dan çox yerli bə xarici brendin məhsullarından ibarət xüsusi məzmunla tanış olmaq olar. Tam valideyn nəzarətindən əlavə, “Azercell Kids” valideynlərə övladlarının keçirdikləri vaxtı izləmək üçün idarətmə paneli də təqdim edəcək. “Azercell Kids” həm İnternet üzərindən, həm də iOS və ya Android
tətbiqetməsindən istifadə edilə bilər. Azercell abunəçiləri (fakturalı və fakturasız) “Azercell Kids” tətbiqinə rahat şəkildə qoşularaq yararlana bilər.

Xidməti aktiv etmək üçün abunəçi sadəcə olaraq telefon ekranında *304# YES qısa nömrəsini seçməli və Appstore yaxud Google play market-dən “Azercell Kids” əlavəsini yükləməlidirlər. “Azercell Kids” mobil tətbiqini aktivləşdirdikdən sonra müştərilər yeddi gün müddətində xidmətdən pulsuz istifadə edə bilər, sonrakı istifadə isə gündəlik olaraq 0.35AZN təşkil edir.

Azercell hər zaman kibertəhlükəsizlik və İnternetdən təhlükəsiz istifadə məsələlərinə geniş diqqət ayırmış, bu sahədə məlumatlılıq və effektivliyin artırılması məqsədi ilə İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzusunda genişmiqyaslı təlimlərini dəstəkləməkdə davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

03-06-2020

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

Azercell uşaqlar üçün İT təlimlərə başladı

25-07-2017

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025

Google uşaqlar üçün “Youtube Kids” tətbiqini təqdim etdi

24-02-2015

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024

Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!

07-05-2026

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

29-08-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Uşaqlar üçün yeni Youtube versiyası yaradılacaq

02-09-2019

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə