Previous Next
Bağla

Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

29-08-2020 16:17
Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

Xeberler.az bildirir ki, müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən “Azercell Telekom” ilin əvvəlindən bu günə kimi rəqəmsal məhsullar çeşidini əhəmiyyətli dərəcədə zənginləşdirdi. Yeni mobil tətbiqlər vasitəsilə istifadəsi mümkün olan müxtəlif rəqəmsal həllər fərqli zövq və tələbatlara uyğun şəkildə abunəçilərin maraqlarını qarşılamaqda və gündəlik həyatı asanlaşdırmaqda davam edir.

Qeyd edək ki, ötən illə müqayisədə Azercell Rəqəmsal Həllərindən istifadə edən abunəçilərin sayı 35% yüksələrək 500 000 nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.

Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verən Azercell-in “Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda “Biznes” kateqoriyasında ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb.

Belə ki, hazırda 270 000-dən artıq abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi “App Store” və “Playstore” statistikası üzrə ən yüksək pillələri tutmaqdadır.
COVİD-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu ilk aylardan etibarən Azercell abunəçilərin sosial təcrid şəraitində zamanlarını səmərəli keçirə bilmələri üçün rəqəmsal həllərin çeşidini artırmaqla yanaşı, onların istifadəçiləri üçün müxtəlif endirimli kampaniyalar da tətbiq etdi.

Belə ki, bütün musiqisevərlər Azercell-in “Zvuk” tətbiqində aylıq paketə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən tam limitsiz istifadə imkanından faydalandı. Hazırda dünya müsiqisilə yanaşı “Zvuk” mobil tətbiqinə böyük həcmdə müxtəif janrlı Azərbaycan dilli musiqi məzmunu da yüklənilib. Eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur “Busuu” tətbiqinin aylıq paketi 50% endirimlə Azercell abunəçilərinin ixtiyarına verildi. Həmçinin, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı və şəhid ailələrindən olan, eləcə də autizmdən əziyyət çəkən minə yaxın məktəbliyə Azercell 6 aylıq pulsuz “Busuu” xarici dil kurslarını hədiyyə etdi.

Abunəçilərin sevdiyi serialları asanlıqla smartfondan izləməyə imkan verən “BluTV” və 200-dən artıq dünyanın ən baxımlı kanallarını seyr etməyə şərait yaradan “NNTV” tətbiqləri isə abunəçilər arasında istifadə müddətinə görə rekord hədlərə çatan proqramlardır. “NNTV” xidmətinin yeni “Sports” (“İdman”) paketinə abunə olmaqla idman azərkeşləri ən populyar matçlar və idman yarışlarını seyr edə bilir.

Bundan əlavə “NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.

Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: www.azercell.com/az/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

03-06-2020
"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020
“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021
Azercell-lə Mobil Musiqi limitsiz oldu

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020
Azercell NNTV xidmətini təqdim edir

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019
Xarici dilləri Azercell-lə öyrən

Xarici dilləri Azercell-lə öyrən

07-02-2020
Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022
Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020
Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020
ƏDV-ni “Kabinetim”də topla!

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022
Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021
Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022
"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

13-02-2022
Azercell Busuu məşhur dil öyrənmə tətbiqinə Yeni il kampaniyası başladı

Azercell Busuu məşhur dil öyrənmə tətbiqinə Yeni il kampaniyası başladı

27-12-2022
"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020
Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020
Azercell-dən Novruz hədiyyəsi

Azercell-dən Novruz hədiyyəsi

15-03-2019
Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018
Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022
Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

11-12-2019
İstəSən tarif paketində yeniliklər davam edir!

İstəSən tarif paketində yeniliklər davam edir!

21-02-2024
Azercell abunəçilərinə hədiyyə balans qazandırır

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020
Azercell-ə daşınan nömrələrin sayı artıb

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə