Previous Next
Bağla

Texnologiya sektorunda ən yaxşı investorlar- Siyahı

25-04-2017 12:07
Texnologiya sektorunda ən yaxşı investorlar- Siyahı

İş dünyası və iqtisadiyyat barədə aylıq hesabatlar yayımlayan Forbes  qlobalda bu fəaliyyyətinə görə rəğbət qazanıb.

Qeyd edək ki, jurnalın yayımladığı hesabatlarda texnologiya sektorunu yaxından maraqlandıran isə Midas List-dir. Belə ki, bu siyahıda dünya miqyasında texnologiya yatırımçıları, gələcəyə liderlik edəcək texnoloji startaplar və bu kimi fəaliyyətləri qazanca çevirmək mövzusunda maraqlı məlumatlar yer alır.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, şirkət bu kriteriyalara görə 2017-ci ilin ilk nəticələrini açıqlayıb.

Ənənəvi olaraq 100 investorun sıralandığı Midas List 2017-də görməyə alışdığımız türk bir sərmayəçi, "süper mələk investor" ilə  Aydın Şenkut bu il siyahıda 51-ci yerdə qərarlaşıb.

Midas List 2017-də ilk 10-luqda olanlar:

1. Jim Goetz: Ötən il də siyahının ilk sırada yer alan Sequoia ortağı Goetz bu müvəffəqiyyətini böyük ölçüdə WhatsApp-ın yeganə investoru olmasına borcludur. Eyni zamanda, Goetz tamamilə xalqa açılaraq milyard dollarlıq qiymətləndirilməyə çatan HubSpot, Barracuda Networks, Nimble Storage, Ruckus WirelessPalo Alto Networks şirkətlərdində i idarə heyəti üzvlüyü vəzifələrini davam etdirir. Onu da qeyd edək ki, Goetz 2017-ci ildə Sequoia-dan ayrılacağını bildirib.

 2. Chris Sacca: Lowercase Capital-ın qurucusu və ortağı Sacca bu il siyahıda bir pillə yüksələrək 2-ci sıraya qalxıb. TwitterUber-in erkən dövr sərmayəçilərindən olan Sacca-ın eyni zamanda Stripe, Twilio, Docker, LookoutAutomattic-teki yatırımlarıyla sərvətini 1,23 milyard dollara çıxardığı təxmin edilir.

3. Peter Fenton: Benchmark ortağı Fenton ötən il siyahının 2-ci  sırasında yer almışdı. New RellicHortonworks-ün xalqa açılaraq əldə etdiyi gəlirlərlə  sərvətini böyüdən Fenton Twitter rəhbərləyindən ayrılır.

4. Steve Anderson: Instagram-ın qurucu ortaqlarından Steve Anderson Twitter-in da erkən dövr ivnestoru olub. Zynga tərəfindən 2012-ci ildə 180 milyon dollara satın alınan OMGPOPSalesforce.com-un,  2010-cu ildə 212 milyon dollara aldığı Heroku-nun da yatırımlarındandır. Exit edən Rashlytics (Twitter aldı), GoInstant (Salesforce.com aldı), IndexTank (LinkedIn aldı) və Hunch (eBay aldı) sayəsində dünyanın ən çox tanınan seed ( toxum) sərmayəçilərindən biri olub. Son dövrlər isə Stitch Fix Sofie kimi yeni nəsil startaplara yatırım edib.

5. Brian Singerman: Midas List-in bu il ən çox yüksələn adı Singerman ötən ilki 36-cı sırasından bu ilin 5-ci sırasına yüksəlib. Xərçəngə qarşı hədəfli dərman müalicəsi təqdim edən Stemcentrx startapına yatırdığı 300 milyon dolların geri dönüşünü alıb. Belə ki, Singerman ötən il şirkətin 10.4 milyard dollara satılması ilə sürətlə yüksəlib.

6. Mary Meeker: Kleiner Perkins-in məşhur internet trendləri hesabatının müəllifi Meeker bu il Midas List-də 6-cı yerdədir. Qadın investorlar arasındakı ən zirvədə olan  Meeker Facebook, Airbnb, SpotifyJD.com-a investisiya edib.

7. Bill Gurley : Midas List-də 2015-ci ildən bu yana ilk 10-luqda  iştirak edən Benchmark-in ortağı Gurley bu uğurunu Uber-ə borcludur.  Bununla yanaşı, investoru olduğu GrubHubNextdoor olmaqla iki unicorn var.

8. Carl Gordon: İlin biotexnologiya yatırımçısı ilə tanınan Gardob ilk 10-luğa daxil olub. O, Acerta-nın Astra Zeneca-ya 7 milyard dollara satışını təmin edib.

9. Doug Leone : Sequoia ortaqlarından Leone Google, YouTube, ZapposLinkedIn kimi layihələrə sərmayələri sayəsində investisiya şirkətinlərinə istiqamət verən adlardan biri oldu. WhatsApp, ServiceNow FireEye-ın müvəffəqiyyətli çıxışlarıyla (exit) sərvətinin bu gün 2,2 milyard dollar olduğu təxmin edilir.

10. Jim Breyer:  Eken dövr Facebook yatırımçısı Breyer-in bu gün 2.9 milyard dollar sərvətə sahib olduğu təxmin edilir. Breyer Capital vasitəsilə investisiyalar edən Breyer Çində aktiv olan rəqəmsal səhiyyə və maliyyə sahəsindəki süni zəka sərmayələri edir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2016-cı ilin ən yaxşı investorlarının adı açıqlandı

26-03-2016

Ən məşhur startap investorları

06-05-2016

Silikon Vadisinin ən yaxşı investisiya şirkətləri-Siyahı

21-07-2016

Yaponiya startaplarına 84 milyon dollar yatırım edildi

27-01-2016

Uber 1,46 milyard dollar zərər edib

30-11-2017

Avropada startaplara görə ən çox hansı ölkələr yatırım alıb?-Siyahı

03-08-2016

2015-də ən yüksək məbləğdə yatırım alan texnoloji şirkətlər

04-01-2016

Dünyanın ən bahalı İT şirkətləri-Reytinq

29-05-2017

Türkiyənin internet və texnologiya sahəsinə 1 milyard dollar yatırım edilib

09-01-2016

Facebook-da istifadəçi sayı 2 milyarda çatır

04-05-2017

“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

16-04-2016

Facebookun tarixi

23-10-2010

LinkedIn-də istifadəçi sayı 467 milyona çatdı- Hesabat

28-10-2016

Azərbaycan Türkiyənin internet sektoruna yatırım edib

18-02-2016

Microsoft şirkəti LinkedIn-i satın aldı

13-06-2016

Maliyyə texnologiyaları bazarının həcmi artıb

03-11-2014

Məşhur investorlar: onları siz də tanıyın

03-11-2015

Onlar bu il YouTube-dan milyonlar qazandı- Siyahı

13-12-2017

Startap ekosisteminin ən çox inkişaf etdiyi ölkələr -Siyahı

17-10-2015

İlon Maskın sərvəti rekord həddə çatıb

16-12-2025

“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015

Microsoft şirkətinin təsisçisi reytinqdə birinci yerdədir

01-10-2015

Microsoft şirkətinin mənfəəti artıb

01-05-2011

“Texnologiya neftdən bahadır”

01-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə