ABŞ-ın elektron ticarət nəhəngi Amazon, səhmlərinin bahalaşması sayəsində Facebook-u geridə qoyaraq dünyanın ən dəyərli 4-üncü şirkəti olub.
Xeberler.az-ın məlumatına görə, keçən həftə ikinci rüb gəlir və xalis mənfəətinin gözləntilərdən yüksək çıxmasının ardından,Amazon-un səhminin qiyməti bu gün Nyu York birjasında 1,5%-lik artımla 770,50 dollara qədər yüksələlib, şirkətin bazar dəyəri 363,6 milyard dollara çatıb.
Daha əvvəl 4-üncü sırada olan ABŞ-ınenerji nəhəngi Exxonmobi-lin səhminin dəyəri isə bu gün 3 faiz ucuzlaşaraq 86,31 dollara qədər düşüb və şirkətin bazar dəyəri 357,9 milyard dollara qədər geriləyib.
Amazon-un bazar dəyəri, ExxonMobil, Facebook və Berkshire Hathaway-i geridə qoyub.
Bu gün Nyu-York birjasına azalma ilə başlayan sosial media saytı Facebook 356 milyard dollarlıq bazar dəyərilə 6-ıncı, Berkshire Hathaway Holdinq isə 355 milyard dollarla 7-inci sırada gəlir.
Dünyanın ən qiymətli şirkəti Apple 567,5 milyard dollarla birinci, Google-un bağlı olduğu Alphabet şirkəti təxminən 533 milyard dollarla ikinci, Microsoft isə 438,3 milyard dollarlıq bazar dəyərilə üçüncü yerini qoruyur.
Amazon, keçən həftə açıqladığı 2016-cı ilin ikinci rüb balansında, gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artımla 30,4 milyard dollara yüksəldiyini bildirmişdi. Şirkətin ötən ilin aprel-iyun dövründə gəliri 23,2 milyard dollar olmuşdu.
Bundan başqa, ötən ilin ikinci rübündə 92 milyon dollar xalis mənfəət əldə edən Amazon, bu ilin eyni dövründə 857 milyon dollarlıq xalis mənfəət açıqlamışdı.(Marja)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri