Türkiyənin Kibertəhlükəsizlik Şurasının toplantısı keçirilib və süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri müzakirə edilib.
Xeberler.az məlumat verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"İclasda qlobal və regional geosiyasi proseslərin kibertəhlükəsizlik mühitinə təsirləri, beynəlxalq arenada baş verən aktual kibertəhlükəsizlik hadisələri və dəyişən təhdid dinamikaları hərtərəfli şəkildə müzakirə edilib", - məlumatda bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri barədə məlumat verilib:
"Türkiyənin rəqəmsal sahədəki suverenliyini gücləndirmək, kritik texnologiyalarda xaricdən asılılığı azaltmaq və milli texnologiya potensialını inkişaf etdirmək məqsədilə hazırlanan Rəqəmsal Suverenlik Strategiyası Kibertəhlükəsizlik Şurasına təqdim edilib".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları