Previous Next
Bağla

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026 19:35
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC forumun Platin sponsoru qismində tədbirə dəstək göstərib.

Milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin iştirakı ilə baş tutub.

Forum çərçivəsində keçirilən “Rəqəmsal transformasiyada kiber çağırışlar” panel müzakirəsində "Azercell Telekom"un Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib ki, Azercell hazırda korporativ müştərilərə 10-dan çox fərqli kibertəhlükəsizlik xidməti təqdim edir.

Bildirilib ki, Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir. M. Şərifli kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95%-i ötdüyünü vurğulayıb.

Süni intellekt əsaslı texnologiyalar fasiləsiz fəaliyyət göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır.

Eyni zamanda, bu texnologiyalar böyük həcmli məlumatların emalı və təhlili, eləcə də potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.

Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

08-06-2026
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

28-08-2023
Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025
Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
AKTA üç memorandum imzalayıb

AKTA üç memorandum imzalayıb

04-06-2026
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə