Previous Next
Bağla

Əsrin müqaviləsinə həsr olunmuş poçt markaları tədavülə buraxılıb

20-09-2019 12:42
Əsrin müqaviləsinə həsr olunmuş poçt markaları tədavülə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

Xeberler.az-ın məlumatına görə, buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 mm, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə):

№2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi;
№4. “Çıraq” platforması;
№5. “Mərkəzi Azəri” platforması;
№7. Səngəçal terminalı;
№10. “Şərqi Azəri” platforması;
№12. “Qərbi Çıraq” platforması;
№13. “Dərinsulu Günəşli” platforması;
№15. “Qərbi Azəri” platforması;
№18. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri;
№20. Ceyhan terminalı.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt vərəqi 20 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Həmçinin, xüsusi xatirə möhürü və 5500 ədəd Birinci gün zərfləri də hazırlanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Neft Fonduna aid poçt markaları buraxılıb

10-09-2019

Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

24-09-2019

Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019

Leyla Bədirbəylinin anadan olması münasibətilə poçt markası buraxılıb

31-05-2020

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

19-03-2019

Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıldı

06-07-2021

Beynəlxalq İnformatika Olimpiadasının poçt markaları buraxılıb

15-08-2019

“Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb

06-01-2021

BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

26-10-2020

BMT-nin ekoloji kampaniyasına həsr olunan poçt markaları buraxılıb

08-09-2020

Dövlət Sərhəd Xidmətinə aid markalar dövriyyəyə buraxılıb

22-08-2019

Qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

07-08-2020

Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

26-10-2021

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021

İslam Mədəniyyətinin paytaxtı - Bakıya həsr olunmuş poçt markaları buraxılıb

19-02-2009

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

“Qədim poçt marşrutları” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

28-07-2020

“Qars müqaviləsi – 100 il” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb

22-09-2021

Azərbaycanda yeni poçt vərəqi tədavülə buraxılıb

12-02-2019

Telefon rabitəsinin yaranmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

06-12-2021

Azərmarka yeni marka seriyaları təqdim edib

15-12-2009

Qərbi Azərbaycana həsr olunmuş poçt markaların təqdimat mərasimi keçirilib

12-12-2024

“Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb

11-12-2020

Sumqayıtın 60 illiyinə həsr olunmuş marka təqdim olunub

03-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə