ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

10-02-2025 / 21:04

“Google Chrome” brauzerində kritik boşluq (CVE-2025-0445) aşkarlanıb.

Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, boşluq V8 mühərrikində yaddaşın azad edilməsindən sonra istifadəsi (Use After Free-UAF) səbəbindən yaranır. Nəticədə kiberdələduzlar xüsusi hazırlanmış HTML səhifələri vasitəsilə bu boşluğu uzaqdan istismar edə bilərlər.

Problemlə əlaqədar istifadəçilərə və inzibatçılara “Chrome” brauzerini 133.0.6943.53 və ya daha yeni versiyaya yeniləmək tövsiyə olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə