Google Chrome brauzerinin üçüncü beta versiyası hazırdır

31-10-2008 / 20:35
Google Chrome brauzerinin üçüncü beta versiyası hazırdır (Google Chrome 0.3.154.9). Google axtarış sistemi özünün Chrome brauzerinin üçüncü beta versiyasını hazırlayıb. Üçüncü beta versiyada (0.3.154.9) brauzerin əvvəlki versiyalarında tapılmış bəzi boşluqlar düzəldilib. Həmçinin təhlükəsizlik sistemi bir qədər də təkmilləşdirilib. Məsələn, Chrome 0.3.154.9 -da üzən pəncərələrin (pop-up) bloklanması sistemi qurulub. Yeni versiyada Flash, QuickTime və Silverlight-la iş və orfoqrafiyanın yoxlanması sistemi də yenilənib. Google Chrome-un ilk beta versiyası 2 sentyabrda buraxılmışdı. İkinci versiyası isə tapılan səhvlərin yenilənməsi ilə bir həftə sonra şəbəkəyə buraxılıb. Net Applications kompaniyasının məlumatına görə, hazırda Google Chrome brauzerlərin istifadə sıralamasında 1% paya sahibdir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə