“Facebook” kino aləminə də möhürünü vurdu

21-02-2011 / 11:23

“Facebook” sosial şəbəkəsinin qurulmasından bəhs edən “Sosial şəbəkə” adlı film “Qızıl Qlobus” müsabiqəsinə möhürünü vurub.

“Sosial şəbəkə” “ən yaxşı film” mükafatı da daxil olmaqla, “ən yaxşı rejissor”, “ən yaxşı ssenari” və “ən yaxşı film musiqisi” mükafatlarına da sahib olub. “Oskar”ın xəbərçisi sayılan “Qızıl Qlobus”da “ən yaxşı aktyor” mükafatını “Kralın çıxışı” adlı filmdəki roluna görə Kolin Fört alıb. Natalli Portman isə “Qara qu quşu” filmindəki roluna görə “ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Məşhur aktyor Al Paçino isə “Ceki tanımırsan” adlı serialdakı rolu ilə mükafat qazanıb. Gecədə məşhur aktyor Roberd De Niroya da “ömür boyu müvəffəqiyyət” mükafatı verilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.