Kino sahəsində ilin ən önəmli tədbiri olan Oskar bu il 88-ci dəfə təşkil edilib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bir-birindən maraqlı filmlərin, aktyorların qatıldığı Oskar - Amerika kinoakademiyasının mükafatçılarının qalibləri məlum olub.
Hər kəsin maraqla gözlədiyi məşhur aktyor Leonardo DiCaprio "Ən yaxşı kişi aktyor" Oskar mükafatına sahib olub.
Oskar-ın 88-ci təltifetmə mərasimində mükafat Leonardo DiCaprio təqdim edilib.
O, bu mükafata Sağ qalmış (The Revenant) filminə görə layiq görülüb.
"Ən yaxşı aktrisa" nominasiyasında Bri Larson "Otaq" filmində oynadığı obraza görə, "Ən yaxşı rejissor" nominasiyasında Alexandro Qonzalez İnyarritu "Sağ qalmış" filminə görə Oskar qazanıb.
"Ən yaxşı bəstəkar" nominasiyasında Ennio Marrikone, "Ən yaxşı xarici film" nominasiyasında Macarıstan kinematoqrafçılarının çəkdiyi "Saulun oğlu" filmi, "Ən yaxşı ssenari" nominasiyası üzrə Spotlight (Diqqət mərkəzində) filminə görə Tom McCarthy ve Josh Singer, "Ən yaxşı ikinci dərərcəli qadın aktrisası" nominasiyasında "Danimarkalı qız" filminə görə aktrisa Alicia Vikander, "Ən yaxşı saç və makiyaj mükafatını" "Qəzəbli yollar" filmi, "Ən yaxşı sinematoqraf" mükafatını "Diriliş" filminə görə Emmanuel Lubezski, "Ən yaxşı quruluş" mükafatını "Qəzəbli yollar" filmi qazanıb.
Ümumilikdə, "Qəzəbli yollar" filmi 4 Oskar-a birdən sahib olub.
"Ən qısa animasiya" filmi Bear Story, "Ən yaxşı animasiya" filmi Inside Out, "Ən yaxşı ikinci dərəcəli kişi aktyoru" mükafatını Mark Rylance, "Ən qısa sənədli film" mükafatını "A Girl in the River" sənədli filmi qazanıb.
Daha ətraflı burada.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri