“Fatal Fight” sınaq mərhələsini keçdi

03-03-2015 / 12:00

Tor Digital Agency yeni “Fatal Fight” (Son Savaş) adlı oyunu oyunsevərlərin istifadəsinə verib.

Əsas komandası 7 nəfər əsas, ümumi 14 nəfərdən ibarət komandası olan və  6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri  “Mortal Kombat”, Gameplayi  isə ”Thimberman” oyununun motivləri əsasında hazırlanıb. Oyun  hələlik soft launch xarakterlidir.

Oyun əvvəlcə ancaq yerli bazarda istifadəyə veriləcək. Nəticələrə  uyğun olaraq növbəti aydan qlobal bazara çıxarılacağı, daha sonra isə qlobal bazarda Apple, həmçinin FB və Vkontakte istifadəçiləri üçün istifadəsi mümkün olacağı bildirilir.

Qeyd edək ki, bundan əvvəl də şirkət bir neçə uğurlu layihələrə imza atıb.

Oyunu Google Play vasitəsilə yükləyə bilərsiz.

                                                                                                      Tərlan Yusif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə