Star Wars-un RPG oyunu gəlir

22-12-2015 / 13:06

Bir neçə aydır ki,  bütün dünyada səs-küyə səbəb olan, oyun həvəskarları tərəfindən maraqla qarşılanan Star Wars ötən ay çıxan Battlefront oyunu ilə də oyun sektorunda  böyük marağa səbəb oldu. 

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, uzun zamandır Star Wars pərəstişkarlarının xəyallarını bəzəyən Star Wars oyunu açıq dünya (open world) RPG (Role Playing Game) versiyasında təqdim ediləcək.

Dead Space vs Battlefield Hardline ilə məşhur olan oyun yaradıcısı Visceral Games yeni oyun üçün iş elanı  da edib.

Visceral Games Star Wars-u sevən, hekayə haqqında  məlumatı, həmçinin xarakter mexanikləri, süni zəka sistemləri kimi mövzularda lazımlı biliyi olan yeni komanda yoldaşları axtarır.

Bununla da Star Wars-un yeni RPG oyununun resmi olaraq istifadəyə veriləcəyi dəqiqləşib.

Oyun eyni zamanda açıq dünya növdə təqdim ediləcək. Yəni, oyunçu oyun zamanı istədiyi yerə gedib, istədiyini edə bilər. Role playing növündə isə hansısa ssenaridə əsas qəhrəmanın yerində oyunçu özü olur və hekayəni özü yaşayır.

Bununla yanaşı, əlavə xarakter funksiyası da ssenariyə əlavə olacaq. Yəni, oyunda olan xarakterin adı yerinə oyunçunun istədiyi ad ola bilər.

Ən əsası isə RPG-də oyunçu oynadığı xarakterin görünüşünü, xüsusiyyətlərini, bacarıqlarını, funksiyalarını istədiyi kimi seçə biləcək.

RPG növündəki Star Wars oyununun nə vaxt hazır olacağı hələlik bilinmir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə