Orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsində iştirak etmək üçün 400-dən çox şagird ərizə ilə müraciət edib.
Bu barədə Təşkilat Komitəsinin sədri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib: “Ərizəçilərdən 150 nəfəri internet səhifələrin, 200-dən çoxu təqdimat işlərinin hazırlanması üzrə müsabiqədə iştirak edəcək, təxminən 60 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparacaq”. V.Bağırov Sumqayıt şəhər məktəbliləri ilə yanaşı, Abşeron və Xızı rayonlarından da şagirdlərin müsabiqədə iştirak etmək istədiyini bildirib.
Təşkilati işlər barədə danışan Təşkilat Komitəsinin sədri artıq 100 nəfər müəllimin Qafqaz Universitetində internet səhifə yaradılması və dizayn proqramları üzrə təlimlərə başladığını və kursların həftədə 2 dəfə olmaqla daha 1 ay davam edəcəyini qeyd edib.
Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsi tərəfindən həyata keçirilən ənənəvi “Gənc İnformatiklər” müsabiqəsi orta ümumtəhsil məktəblərinin şagirdləri arasında informasiya texnologiyaları layihələri üzrə aparılır.
Müsabiqənin baş sponsorları ötən il də layihəyə əsas maliyyə dəstəyi göstərmiş HP şirkəti və Microsoft korporasiyası, sponsoru isə “DNS Computers” MMC-dir.
Qeyd edək ki,layihəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və “İntel – Gələcək üçün təhsil” proqramı və Azərbaycan İnternet Forumu təşkilati dəstək göstərirlər.
Biz də xeberler.az olaraq layihəyə informasiya dəstəyi verməkdən qürur duyur,gənc dostlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri