Google hesablarına şifrəsiz daxil olmaq mümkün olacaq

25-12-2015 / 11:28

Google-un sınaqdan keçirdiyi yeni sistem Google hesablarına şifrəsiz daxil olmaq imkanı yaradacaq.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Google-un sınaqdan keçirdiyi sistem hesabı telefon nömrəsi ilə əlaqələndirirərək təsdiqləmə kodu ilə hesaba daxil olmağa imkan yaradacaq.

Bir qrup proqramçının sınaqdan keçirdiyi sistemin istifadəyə verilmə səbəbi isə istifadəçilərin sadə şifrələrdən istifadə edərək hesablarının asanlıqla ələ keçirilməsinin qarşısını almaqdır.

Yeni sistemi bütün Google hesablarında istifadə etmək imkanımız olacaq.

 

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə