Məşhur tərcümə proqramı Google Translate yeni sistem üzərində işləyir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Translate sözləri sistem daxilində tərcümə edə biləcək. Yəni, telefona yüklənilən tətbiqdən istifadə etmədən də sözləri tərcümə etmək mümkün olacaq.
Qeyd edək ki, Google Translate-in yeni xidməti hələlik məhdud bir seqment tərəfindən istifadə edilə bilir.
Bu yeni xidmətdə “ağıllı” telefonunuzdakı bütün yazılar Google Translate tərəfindən tanınacaq və həmin anda tərcümə olunacaq.
Məsələn, əvvəllər telefonla internetdə axtarış edərkən bilmədiyiniz söz ilə qarşılaşdığınızda tərcümə etmək üçün sözü qeyd edib, Google Translate tətbiqinə daxil olaraq əlavə etmək lazım idi. Tətbiq yeniləndikdən sonra isə bilmədiyiniz sözü seçdiyiniz anda avtomatik olaraq "tərcümə" yazısı çıxacaq və Google Translate tətbiqinə ayrıca daxil olmağa ehtiyac qalmayacaq.
Google Translate-in yeni versiyasından hələlik yalnız Marshmallow-un beta versiyasında istifadə olunur.
Android Marshmallow əməliyyat sistemi tam hazır olduqda isə sadəcə Google Translate-in 4.3 versiyasını yükləməklə yeni xidmətdən istifadə edə biləcəksiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri