Google-un Hindistanda keçirdiyi konfransda şirkətin icraçı direktoru Sundar Pichai YouTube ilə əlaqədar iki yeni funksiyanın tezliklə istifadəyə veriləcəyini açıqlayıb.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda sınaqdan keçirilən iki funksiya internetin sürəti aşağı olanlara rahatlıqla YouTube videolarını izləmə imkanı yaradacaq.
Belə ki, Hindistanda aktiv olan Youtube Offline xidməti ilə bu iki funksiyadan istifadə etmək olacaq.
Əsas məqsəd isə saata görə bahalı internet tarifindən istifadə edən və internetinin sürəti aşağı olan istifadəçilər üçün YouTube videolarına baxmağa imkan yaratmaqdır.
Yeni xidmətlər barədə ətraflı məlumat verən icraçı direktor ilk təqdim olunacaq funksiya vasitəsilə istifadəçilərin vaxt təyin edərək YouTube videolarını arxa planda yükləyib istifadə etmələrini təmin edəcək.
İkinci funksiya isə videolar istifadəçilər tərəfindən dayandırıldıqda belə buffer əməliyyatının yerinə yetirilməsi olacaq və video sona qədər tam yüklənəcək. Hətta istifadəçilər videonu açdıqdan sonra Youtube proqramını dəyişdirsə də, video arxa planda sistemə yüklənəcək. Video sistemə tam yükləndikdə izləmə imkanınız olduğu barədə bildiriş də verəcək.
Bu funksiya internetin sürəti olduqca aşağı olan istifadəçilər üçün tam ideal görünür.
İlk olaraq Hindistanda aktiv olacaq bu funksiyaların daha sonra bütün dünya ölkələrində Youtube istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri