Google-ın səlahiyyətləri Alphabet holdinqə verildi

11-08-2015 / 10:29

Google-a daxil olan  şirkətlər bundan sonra Alphabet holdinqin  tərkibində fəaliyyət göstərəcək.

Yəni, Google artıq bu  holdinqin tərkibinə daxil olub.

Xeberler.az-ın məlumatına görə, bu barədə Google-ın həmtəsisçisi Larry Page öz bloqunda yazıb.

O bildirib ki,  bundan sonra Google sadəcə  axtarış saytı  və   bu sistemin məhsulları ilə fəaliyyətinə  davam edəcək. Şirkətə daxil olan və internet-biznesdən uzaq olan şöbələr yeni holdinqin tərkibində ayrıca şirkətlər kimi fəaliyyət göstərəcək.  

Larry Page hesab edir ki, bu addım  Google-ın iqtisadi baxımdan daha çox gəlir əldə etməsinə yardım edəcək.

Yeni holdinqin baş direktoru  Larry Page Google-ın digər yaradıcısı Sergey Brin isə Alphabet-in prezidenti olacaq. 

Google  məhsullar üzrə vitse-prezidenti Sundar Piçai isə Google-ın baş direktoru olacaq.

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə