Bu gün texnologiya deyəndə ağıla 3 firma gəlir- Google, Apple və Samsung
Məlum oluduğu kimi, Google ilk dəfə axtarış sistemi olaraq fəaliyyətə başlayıb və hazırda ağlınıza gələ biləcək hər növ texnologiya ilə məşğuldur.
Hətta bəzi insanlar Google -u İnternet olaraq da düşünür.
Bugünə qədər Steve Jobs, Elon Musk, Bill Gates-in həyatı barədə məqalər dərc edilib.
Bu dəfə Google-un qurucusu Larry Page-in həm iş həyatı, həm də özəl həyatı ilə bağlı maraqlı araşdırma yayımlanıb.
Xeberler.az xarici mətbuata istinadən həmin araşdırma yazısını təqdim edir:
Hazırda 46 yaşında olan Larry Page və yaxud tam adı ilə Lawrence Page...
Gloria və Carl Page-in ikinci oğlu olaraq ABŞ-ın Michigan şəhərində dünyaya gəlib. Larry-nin bəlkə də ən böyük şansı valideynlərinin Michigan Universitetində Kompüter Mühəndisliyi dərslərində iştirak edən bir akademik olmaları olub.
Beləliklə, gözünü açan kimi ətrafında kompüterlə bağlı dünya görən Larry kompüter, texnoloji və elm jurnalları ilə böyüyür.
Montessori olaraq tanınan, amma şagirdlərinə hər hansı qadağa qoymayan bir məktəbdə oxuyan Larry eyni zamanda burada qoyulan bəzi kiçik qaydalara və özünə tətbiq etdiyi əmrlərə tabe olmağı öyrənərək qərarlı və istədiyini əldə edənə qədər var gücü ilə mübarizə aparan gənc kimi yetişir.
Amma incə bir detal da var. Belə ki, Larry 12 yaşında olanda ( 1985) Nikola Tesla-nın həyatından bəhs edən bir kitabı oxuyur və belə bir insanın borc və səfalət içində ölməsinə çox üzülür, ağlayır. Bu məqam onun üçün də bir dönüş nötqəsi olur. Çünkü Page bu kitabda Tesla-nın o qədər vacib icadlarını və vacib məlumatlarını bölüşmdəyini görür. Page anlayır ki, vacib olan yeni nəsə kəşf etmək və ya bunu bacara bilmək deyil, bu faydalı bilgilərin hamısını bütün dünyaya yaymaqdır.
Bununla yanaşı, müsuqi bacarığı da olan Larry çox yaxşı saksafonçu olub. Uşaqlığı və gənclik illəri elektronik əşyaları təmir etmək və saksafon çalmaq ilə keçib.
Ailəsinin də çalışdığı Michigan Universitetində olanda gələcəyin avtomobillərinə maraq salır və məktəbin günəş enerjisi ilə çalışan avtomobil komandasına daxil olur.
Daha sonra Stanford Universitetində Google-un digər qurucularından olan Sergey Brin ilə tanış olur. Larry 1995-ci ildə, 23 yaşında Brin ilə bərabər bir axtarış sistemi və inbound linklər ilə saytlara rütbə verə biləcək layihə üzərində çalışır, nəticədə Brin ile BackRub-ı yaradırlar.
İki il aradan sonra Brin ilə Google.com domenini alır və hədəf olaraq “ dünyanın məlumatlarını sistemləşdirmək” olaraq müəyyən edən ikili artıq ciddi bir yola çıxır.
Hətta Google-un vacib bir detallarından olan, xüsusi günlərdə, xüsusi insanlar üçün istifadə edilən Doodle adı verilən sistemi Burning Man festivalı üçün hazırlayan cütlük bunu festivalın vacib olduğu üçün yox, həm Larry-nin, Həm Sergey-in bu festivale gedəcəkləri və Google ilə bu müddətdə maraqlanmayacaqlarını izləyicilərə göstərmək məqsədi ilə edilir. Bu da Doodle sistemini istifadəyə verən bir addım olur.
Şirkət rəhbəri olaraq insanları idarə edən olmaq yerinə fikir istehsal edən və hər şeylə maraqlanan biri olmağı seçən Page-in Google-un hələ ilk zamanlarında bir xəyalı var idi- bütün kainatı onlayn xəritəyə çevirmək və bütün kitabları rəqəmsal olaraq təqdim etmək (İndiki Google Maps, Google Earth və Play Books)
Özü bu xəyallarının arxasınca gedərkən şikətə CEO lazım idi. Bu məqsədlə Google-a CEO axtaran cütlük 2001-ci ildə Eric Schmidt-i bu vəzifəyə təyin edir. Bunun səbəbi isə Eric Schmidt-in həm proqramçı , həm də işə yatırım edəcək biri olması və ən vacib isə Burning Man festivalını çox sevməsi və bu festivala qatılan biri olması idi.
Daha sonra günlük işlərdən və iclasdan sıxıldığını görən Larry artıq köməçilərindən qurtularaq bütün işçilərinin lazım olanda birbaşa onunla əlaqə qura bilməsi üçün bir sistem yaradır.
Özünü Google üçün yeni məhsullara adayan Larry-i ilə bərabər Sergey də Android-i Google-a gətirmək üçün üçün çalışmağa başlayır və hətta bunu CEO vəzifəsindəki Eric-dən gizlədirlər.
Daha sonra Android dünyanın ən çox istifadə edilən mobil əməliyyat sistemi halına gəlir və hazırda bir çox markanın da tərcih etdiyi sistem olaraq istifadə edilir.
2011-ci ildə şirkətin fəaliyyəti yaxşıya doğru getsə də, bəzi əksikliklər olduğunu hiss edən Page yenidən CEO kreslosuna oturur və həmin an da işi düzəldərək Google+, Google Fiber, Google Glass və Chromebook-u təqdim edir.
Bunun ardınca ana şirkət olan Alphabet-in CEO-su vəzifəsinə keçən və 2015-ci ildən fəaliyyətlərini daha da inkişaf etdirən Page Alphabet Inc. şirkətinə Google, Google X, Google Fiber, Google Ventures, Google Capital, Calico və Nest Labs firmalarını da bağlayır. Beləliklə, artıq sadəcə Google deyil, bir məhsulu Google olan geniş bir şirkət qurur.
Özəl həyatı
37.4 milyard - yəni 37,400,000,000 dollar kimi bir sərvəti ilə dünyanın ən zəngin 12-ci adamı olan Lary Page 2013-cü ildə vokal kord iflic xəstəliyinə tutulur və beləliklə səsinin daha incə, az çıxması ilə yanaşı uzun danışa bilməmək xəstəliyinə düçar olur.
7 milyon dəyərindəki Palto Alto-da yerləşən eko-malikanəsində yaşayan Page həm də 45 milyon dollarlıq Sense adında bir yaxta sahibdir.
Bununla yanaşı, Tesla-ya yatırım edən Page Asteroid mədənçiliyi hədəfinə sahib olan Planetary Resources firmasına və fərdi uşaq kitabı kimi startaplara güvənir.
Nəticə olaraq görünən odur ki, Google kimi hər gün daha da budaqlanan şirkətə sahib olan Larry Page yol yoldaşı Sergey Brin ilə bizi təəccübləndirməyə davam edəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri