PayPal və Google süni intellekti birgə inkişaf etdirməyi planlaşdırır

18-09-2025 / 08:46

Google və PayPal süni intellekt (AI) ilə təchiz edilmiş ticarət və ödənişləri birgə inkişaf etdirməyi planlaşdırır.

Xeberler.az bildirir ki, şirkətlər bu məqsədlə PayPal-ın rəqəmsal ödəniş həllərinin bir sıra Google məhsullarına inteqrasiyasını özündə birləşdirən çoxillik əməkdaşlığa başlayıblar.

Google-un ana şirkəti Alphabet-in baş direktoru Sundar Piçai bildirib ki, PayPal xidmətləri təkmilləşdirmək və təhlükəsizliyi artırmaq üçün Google-un süni intellektindən istifadə edəcək.

Google da öz növbəsində PayPal-ın ödəniş imkanlarını daha da inteqrasiya edəcək.

PayPal-ın müəssisə ödənişləri bölməsi Google Cloud, Google Ads və Google Play kimi məhsullar vasitəsilə kart ödənişlərini emal edən əsas provayderə çevriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə