Google yeni rəqəmsal media layihələrinə dəstək olmaq məqsədilə Avropalı naşirlər üçün 150 milyon avroluq fond yaradır.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Google bildirir ki, apreldə yaradılmış Rəqəmsal Xəbər Təşəbbüsünün bir parçası olan (Digital News Initiative) bu innovasiya fondunun məqsədi Avropalı mətbuat orqanları ilə tarixən xoş olmayan münasibətlərini düzəltmək və inkişaf etdirməkdir.
İnternet nəhəngi söz verir ki, layihələr üç ildə illik 50 milyon avro olmaqla “heç bir qarışılıq gözlənilmədən” və “heç bir Google məhsulunda istifadə məcburiyyəti olmadan” mükafatlandırılacaq.
Qeyd edək ki, Google maliyyələşmə üçün müraciətlərin meyarına üç qrupa ayırır:
Belə ki, ilkin prototip mərhələsində olan layihələr Google tərəfində tam maliyyələşdirələcək. Hər biri üçün 50,000 avroya qədər vəsait ayrılır və sürətli izləmə ilə təkmilləşdiriləcək
300,000 avroya qədər vəsait tələb edən orta ölçülü layihələrin maliyyələşməsinin 70 faizə qədərini şirkət təmin edəcək.
Həmçinin 300,000 avrodan 1 milyon avroyadək olan böyük layihələrin də 70 faizə qədər maliyyələşdirilməsi nəzərdə tutulub.
Seçilmə prosessinə nəzarəti fondun 13 üzvlük komitəsi həyata keçirəcək və bəzi böyük layihələrin qəbul üçün onların razılığı lazım olacaq.
Komitədə Google şirkətindən və Avropanın müxtəlif ölkələrinin xəbər mediasından seçilmiş şəxslər iştirak edir.
Google bu addımının güclü idarəetmə yaradacağını və üzvlər arasında potensial rəqabətə görə mənafe münaqişəsin olmayacağını bildirib.
Google DNI İnnovasiya Fondunun rəhbəri Ludovic Blecher qeyd edib ki,fondun tamamlayıcı və şəffaf müraciət və seçim prosessinin olmasını təmin etmək üçün geniş məsləhətlər alıblar:
“Konfidensiallıq mühümdür. Müraciət edənlər biznes həssaslığı olan və ya yüksək konfiendisallığıa malik informasiyaları paylaşmamalıdır.”
Google şirkətinin məlumatında qeyd edilir ki, əgər ideyalar beynəlxalq, bütün sektoru ehtiva edən, bir neçə təşkilatı birləşdirən və ya xəbər eko-sistemi üçün geniş faydalılığa malik olarsa, layihələrə qoyulan 1 milyon avroluq limitlərdə istisnalar ola bilər.
Şirkət təkmilləşdirələcək layihələrin heç biri ilə bağlı iqtisadi maraqlarının olmadığını, bunu sadəcə mətbuat orqanları ilə əməkdaşlığı gücləndirmək üçün etdiyini bildirib.
Rəqəmsal Xəbər Təşəbbüsü(DNI) Apreldə 8 avorpalı naşirlə fəaliyyətə başlamışdı. İndi isə 120-dən çox qurum və ya şəxs qeydiyyatdan keçib və bu fürsətdən faydalanmağa çalışır.
Fond DNI-in strategiyasının əsasını təşkil edən əsas üç hissəsindən biridir.
Digər biri isə məhsul təkmilləşdirmədir. Google artıq smartfon və tabletlərdə veb-səhifələrin yüklənmə sürətini radikal şəkildə təkmilləşdirməyi hədəfləyən Accelerated Mobile Pages-in (Sürətləndirilmiş Mobil Səhifələr) elanı ilə bu sahədə fəaliyyətlərinin öz nəticəsini göstərdiyini bildirib.
Sonuncu isə Google və mətbuatdakı əməkdaşları arasında təlim və araşdırmaları ehtiva edir.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri