Naməlum süni intellekt agentləri Kanada hökumətinin veb saytının parolunu sındırmağa cəhd ediblər.
Xeberler.az bildirir ki, bu barədə "The Washington Post" (WP) məlumat verib.
Tədqiqatçılar süni intellekt agentlərinin ölkənin əsas dövlət agentliyi və milli kitabxanası olan "Library and Archives Canada"ya daxil olmağa cəhd etdiklərini bildiriblər. Agentlərin kimliyi məlum deyil, lakin mütəxəssislər onların davranışlarının "OpenAI"ya bənzədiyini deyirlər.
Sentyabrın əvvəlində "Anthropic"in baş direktoru ("Claude"un tərtibatçısı) Dario Amodei OpenAI agentlərinin digər platformaları sındırması halları fonunda süni intellekt inkişafının yavaşlamasına çağırıb. O, xəbərdarlıq edib ki, hazırkı inkişaf tempi davam edərsə, 6-12 ay ərzində süni intellekt agentləri potensial olaraq davamlı botnetdən istifadə edə və yüz milyardlarla dollar ziyan vura bilərlər.
Amodeinin çağırışını "OpenAI"ın rəhbəri Sem Altman (ChatGPT-nin tərtibatçısı) və "xAI" şirkətinin "Grok"u inkişaf etdirən sahibkar İlon Mask dəstəkləyib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları