Previous Next
Bağla

“Apple” “OpenAI” və “Anthropic”ə rəqib süni intellekt agenti hazırlayır

20-11-2026 11:45
“Apple” “OpenAI” və “Anthropic”ə rəqib süni intellekt agenti hazırlayır

“Anthropic” şirkətinin səhmləri rekord səviyyəli ilkin kütləvi təklifdən (IPO) sonra ilk ticarət günündə 17 faiz bahalaşsa da, birja bağlandıqdan sonrakı əməliyyatlarda 5 faiz ucuzlaşıb. Şirkətin yüksək bazar dəyəri, rəqabətin güclənməsi və qiymətqoyma imkanlarının zəifləməsi süni intellektə investisiya qoyuluşlarının davamlılığı ilə bağlı narahatlıqları artırıb. Bu proseslər fonunda “Apple” şirkəti istifadəçilərin tapşırıqlarını onların adından yerinə yetirə biləcək avtonom süni intellekt agenti hazırlayır. Bununla da şirkət “OpenAI”, “Anthropic”, “Meta” və digər texnologiya nəhənglərinin fəaliyyət göstərdiyi sürətlə inkişaf edən bazara daxil olmağa hazırlaşır.

Xeberler.az məlumat verir ki, “Apple” planlarını bu həftə internet saytında yerləşdirdiyi vakansiyalar vasitəsilə açıqlayıb. İş elanlarından birində şirkətin proaktiv süni intellekt köməkçisi üzərində çalışacaq mühəndislik üzrə baş menecer axtardığı bildirilir. Elana əsasən, hazırlanacaq sistem istifadəçinin adından proqram kodu yaza, internetdə axtarış apara, tətbiqləri idarə edə və müxtəlif cihazlarda əməliyyatlar həyata keçirə biləcək.

“Apple”ın bu addımı “Meta” şirkətinin “Muse” adlı alətinin son aylarda istehlakçılar arasında maraq doğurmasından sonra atılır. Sözügedən alət restoranlarda masa rezervasiyası etmək, səyahət planları hazırlamaq və xəbərləri ümumiləşdirmək kimi imkanlara malikdir. Eyni zamanda, süni intellektin “Mac” kompüterlərini idarə etməsinə və proqram təminatı hazırlamasına imkan verən alətlərin sayı da sürətlə artır.

“Anthropic” şirkəti bu yaxınlarda öz agenti “Duet”in istifadəçi sınaqlarını genişləndirib, “OpenAI” isə “Dots” platformasının imkanlarını artırıb. “Alphabet” şirkətinin “Google” bölməsi də bu həftə “Tasks” adlandırdığı agentini yeniləyib. “Apple”ın hazırladığı platformanın da əməliyyat sistemlərinin interfeysində avtonom şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şirkət xüsusilə “ChatGPT” və “Muse” kimi alətlərin “Mac” kompüterlərini idarə etməsinə imkan verən texnologiyalara bənzər, ümumi təyinatlı kompüter idarəetmə agentləri hazırlayır.

Məxfilik məsələsi də layihənin əsas prioritetlərindən biridir. “Apple”ın bildirdiyinə görə, istifadəçinin adından kod icra edə, giriş məlumatlarından istifadə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilən süni intellekt agentləri güclü icazə mexanizmləri, təhlükəsizlik tədbirləri və şəffaflıq tələb edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər

"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər

15-09-2026
“Meta” 95 milyard dollarlıq səhm satışı planlaşdırır

“Meta” 95 milyard dollarlıq səhm satışı planlaşdırır

26-10-2026
"iPhone-17” sentyabrda satışa çıxarılacaq

"iPhone-17” sentyabrda satışa çıxarılacaq

11-08-2025
“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə edəcək

“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə edəcək

23-08-2025
Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

28-03-2025
DeepSeek öz süni intellekt çipini hazırlayır

DeepSeek öz süni intellekt çipini hazırlayır

08-07-2026
“Meta”nın süni intellekti test zamanı başqa şirkətin sisteminə daxil olub

“Meta”nın süni intellekti test zamanı başqa şirkətin sisteminə daxil olub

06-08-2026
Hakerlər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər

Hakerlər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər

01-10-2026
“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb

OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb

27-09-2026
OpenAI-ın süni intellekt agentləri kiberhücumda iştirak edib

OpenAI-ın süni intellekt agentləri kiberhücumda iştirak edib

12-09-2026
“OpenAI” NATO ilə yeni müqavilə imzalayacaq

“OpenAI” NATO ilə yeni müqavilə imzalayacaq

04-03-2026
“Apple” və “Google” əməkdaşlıq edəcək

“Apple” və “Google” əməkdaşlıq edəcək

13-01-2026
"Anthropic" bazar dəyərinə görə "SpaceX"i geridə qoyub

"Anthropic" bazar dəyərinə görə "SpaceX"i geridə qoyub

20-11-2026
“OpenAI” öz payının 5 faizini ABŞ hökumətinə verməyi təklif edir

“OpenAI” öz payının 5 faizini ABŞ hökumətinə verməyi təklif edir

02-07-2026
Apple OpenAI-yə qarşı iddia qaldırıb

Apple OpenAI-yə qarşı iddia qaldırıb

11-07-2026
Apple ilk Android proqramını Beats Music üçün tətbiq edir

Apple ilk Android proqramını Beats Music üçün tətbiq edir

06-02-2015
“OpenAI” və “Google” tədqiqatçıları süni intellektlə bağlı xəbərdarlıq edib

“OpenAI” və “Google” tədqiqatçıları süni intellektlə bağlı xəbərdarlıq edib

30-09-2026
Pentaqon "Grok" çat-botundan məxfi sistemlərdə istifadə edəcək

Pentaqon "Grok" çat-botundan məxfi sistemlərdə istifadə edəcək

24-02-2026
Apple süni intellekt mütəxəssislərini əməkdaşlığa cəlb edir

Apple süni intellekt mütəxəssislərini əməkdaşlığa cəlb edir

08-09-2015
“OpenAI” “Statsig” startapını satın alır

“OpenAI” “Statsig” startapını satın alır

04-09-2025
“OpenAI” yeni bir alət yaradacaq

“OpenAI” yeni bir alət yaradacaq

28-10-2025
"Apple" "Google"a ildə 1 milyard dollar ödəyəcək

"Apple" "Google"a ildə 1 milyard dollar ödəyəcək

10-11-2025
Apple iOS 10 əməliyyat sistemini təqdim edib- Fotolar

Apple iOS 10 əməliyyat sistemini təqdim edib- Fotolar

14-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə