Hesab.az  Asan Məktubda uşaqların ehtiyaclarını qarşılayacaq

26-04-2019 / 10:02

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəkçisi kimi çıxış edir.

Xeberler.az  bildirir ki, Hesab.az portalının reklam bölməsində, sosial kanallarında “ASAN Məktub” layihəsinə dəstək olmaq məqsədiylə paylaşımlar edilirdi. Layihəyə dəstəkdə yeni addım olaraq Hesab.az dəstəyini genişləndirir və öz istifadəçilərinə “ASAN Məktub” üçün yardım etmək şansı yaradır. Belə ki, Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını “Dərhal dəyiş” bölməsində “ASAN Məktub” üçün dəyişə biləcəklər. Xərclədikləri bonuslar yığılaraq 50 000 000 olduğu zaman Hesab.az bu bonuslar qarşılığında 1000 AZN məbləğində “ASAN Məktub”da uşaqların ehtiyaclarını qarşılayacaq.

Siz də,layihəyə dəstək olaraq mümkün qədər daha çox uşağın arzularını reallaşdırılmasına yardımçı ola bilərsiniz. Bonuslarınızı xərcləyərək  bu xoşməramlı addıma qoşulun və ən əsası da uşaqların üzündə yaranacaq sevincə, təbəssümə səbəb olun.

Hesab.az həmişə sosial məsuliyyətli layihələrə dəstək olaraq sağlam düşüncəli, humanist  cəmiyyətin inkişafına töhfə vermiş olur. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə