Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020 / 15:59

Xeberler.az bildirir ki, Hesab.az onlayn xidmətlər portalı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qururla və mərdliklə döyüşən ordumuzun yanında olduğunu bildirmişdir. Bu məqsədlə GoldenPay/Hesab.az, Silahlı Qüvvələrə dəstək “ sosial layihəsinə başladı.

Hazırda Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə edir. Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdıqda, GoldenPay üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə edəcək. Ətraflı: https://bit.ly/3nxbKdh

Beləliklə də, istifadəçilər Hesab.az-da adi qaydada ödənişlərini etməklə sosial dəstək layihəsində iştirak edərək, “Silahlı Qüvvələrə Yardım Fondu”-na dəstək olmuş olurlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaşlara müraciətində qeyd olunduğu kimi, Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etsinlər. Hesab.az onlayn xidmətlər portalında istifadəçilərin Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə ödəniş etmələri üçün “Silahlı Qüvvələrə Yardım Fondu”-na ödəniş etmək xidmətini də, əlavə edildi.

Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs Hesab.az onlayn ödəniş portalı üzərindən istənilən yerdən, istənilən anda ödəniş edə bilər. Fonda ianə etmək istəyən istifadəçilər Hesab.az veb saytı və ya mobil tətbiqində “Xeyriyyə” bölməsinə daxil olur və “Silahlı Qüvvələrə Yardım Fondu” üzərinə klik edirlər. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirə bilərlər. Qeyd edək ki, ödəniş zamanı komissiya məbləği tutulmur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə