Previous Next
Bağla

Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası

21-01-2021 10:46
Hesab.az-ın 2020-2021 illərdə fəaliyyət strategiyası

2020-ci il insanların normal həyat tərzlərini və vərdişlərini dəyişdiyi, onlayn sahələrin önəm və üstünlüklərini göstərə biləcək bir il oldu.

Baxmayaraq ki, bütün Dünyanın və ölkəmizin Covid-19 ilə mübarizə apardığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən müharibəni Qələbə ilə nəticələndiyi bir il yaşansa da, Hesab.az/Goldenpay olaraq, hər zaman mənəvi olaraq istifadəçilərinin yanında olmaq üçün dayanmadan çalışmış, öz fəaliyyətini daha da ciddi, məsuliyyətli şəkildə davam etdirmiş və etdirməkdədir. Evdən işləmə rejimi və
növbəli şəkildə ofisdən işləmə rejimində fəaliyyətini dayandırmadan, Pandemiya dövründə də inkişaf tempini daha da artıraraq uğurlu bir fəaliyyət ilini başa vurmuş oldu. Yeniliklərini və göstərdiyi xidmətlərini il ərzində uğurlu şəkildə təqdim edən Hesab.az-ın istifadəçi kütləsi il sonunda artıq 600 mini ötmüşdür.

2019-2020 illəri müqayisə etdikdə tranzaksiya sayı 40%-dən çox , ümumi dövriyyə məbləği 30% artmışdır. İstifadəçi sayında isə 2019-cu il ilə müqayisədə 20% -ə yaxın artım müşahidə olunur. Hazırda 600 mindən çox istifadəçi Hesab.az saytının xidmətlərindən qeydiyyatlı şəkildə istifadə edir.

Hesab.az 2020-ci il ərzində onlayn tədbir biletlərinin alışı, səyahət modulu olan Hesab Travel, Borclarla bağlı sorğu göndərilmə, QR kod ilə ödənişin tətbiqini genişləndirmək kimi bir çox xidmət və funksional yeniliklərini istifadəçilərinə təqdim etdi. Eyni zamanda dizayn olaraq da, yenilənərək istifadəçilər üçün daha əlverişli bir interfeys yaradıldı. İl boyu həyata keçirilən dəyərli hədiyyəli kampaniyalar və yarışmalar ilə istifadəçilərə hədiyyə qazandırmağa davam etdi, Visa və Mastercard kimi böyük şirkətlər, banklar ilə birgə müxtəlif qazandıran kampaniyalar həyata keçirdi.

Eyni zamanda Qazananlar klubu çərçivəsində təqdim etdiyi və onlayn ödənişlər üçün nəzərdə tutulan, Hesab.az-ın virtual məhsulu olan Hesab Koini istifadəçilərə təqdim etdi. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.

Hesab.az 2020-ci il ərzində də, sosial və xeyriyyə məqsədli bir çox layihələrdə aktiv şəkildə iştirak etmişdir. Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə etdi. Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdı və GoldenPay/Hesab.az olaraq üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə etdi. GoldenPay/Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin “Gözünüz arxada qalmasın” aksiyası çərçivəsində xeyriyyə məqsədli əməkdaşlığı baş tutdu. Aksiyası çərçivəsində Bakı, Qəbələ və Daşkəsən şəhərlərində daha 120 ailəyə GoldenPay/Hesab.az və xeyriyyəçi insanların dəstəyi ilə ərzaq sovqatı çatdırıldı.

Eyni zamanda gənclərin inkişafına dəstək olmaq məqsədi ilə, tələbələr üçün onlayn olaraq təşkil olunan təlimlərdə şirkət əməkdaşları Marketinq və İT sahələri üzrə müxtəlif mövzularda çıxış etdilər.

Hesab.az-ın illik planında 2021-ci il ərzində saytın və mobil tətbiqinin təkmilləşdirilməsi, KOB dəstəkləmək məqsədi ilə yeni layihənin təqdim edilməsi, böyük şirkətlərlə, banklarla əməkdaşlıq və ortaq layihələr həyata keçirmək yer almışdır. Eyni zamanda, funksional olaraq yenilənmə və yeni xidmət növlərinin əlavə olunması kimi bir çox yeniliklər də, planlanır. İstifadəçilərə daha keyfiyyətli və sürətli xidmət göstərmək, hər zaman istifadəçinin maraq və istəklərini nəzərə almaq, ümumilikdə desək, istifadəçi məmnuniyyəti şirkətin əsas məqsədidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin “Gözünüz arxada qalmasın” aksiyası baş tutub

10-12-2020

Hesab.az -da 2 Qat qazananlardan olun!

01-03-2021

Hesab.az və Bakcell əməkdaşlığı 2-QAT qazandırır

16-07-2021

Bu Novruz Hesab.az hər kəsi qazandırır

19-03-2021

Hesab.az və “Bakcell”dən bol hədiyyəli Yeni il kampaniyası

17-12-2020

Hesab.az və Visa-dan Yeni il kampaniyası

22-12-2020

Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

05-05-2020

Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir

14-04-2021

Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020

“Hesab.az” istifadəçisi olmaq həmişə qazandırır!

19-05-2021

Hesab.az-ın Visa ilə keçirdiyi növbəti kampaniya başa çatıb

14-05-2020

Hesab.az istifadəçilərinə 3-QAT qazanmaq fürsəti!

15-02-2022

Hesab.az yeni ayın ödənişlərinə 2-qat Koin qazandırır!

01-02-2022

Hesab.az istiafdəçilərin “Qazananlar Klubu”-da fəallığı gündən-günə artmaqda davam edir

24-08-2020

Hesab.az istifadəçilərini sevindirmək üçün fərqli kampaniyalar təqdim edir

04-02-2021

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Hesab.az hər zaman sosial layihələrə dəstək olur

04-06-2019

Hesab.az-dan Qələbəmiz münasibətilə “2QAT Sevinc” kampaniyası

10-11-2020

Hesab.az istifadəçilərinə yeni üstünlüklər təqdim edir

03-07-2020

Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı

25-11-2020

Hesab.az-da 2-QAT Novruz sevinci!

19-03-2022

“Hesab.az” və “Ulduzum” əməkdaşlığı 2-QAT qazandırır!  

01-08-2022

“Hesab.az” dan seçilmiş bank kartlarına kampaniya

21-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə