Previous Next
Bağla

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020 12:59
"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

Xeberler.az bildirir ki, dünən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı tarixi Qələbə münasibətilə təntənəli hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və tarixi ədalətin bərqərar olması səbəbilə yaşanılan ümumxalq sevinc hissi dərin vətənpərvərlik duyğularının təzahürüdür. Bu sevinci abunəçiləri ilə bölüşən “Azercell Telekom” onları töhfəsiz qoymadı. Belə ki, “Qelebe” sözünü 2525-ə yazıb göndərən istifadəçilər Azercell-in 4G şəbəkəsi daxilində 1GB həcmli hədiyyə internet paketini əldə etdilər. Həmçinin, abunəçilərə təntənəli hərbi paradı mobil cihazlarında izləmək üçün teleyayım imkanlarını rəqəmsallaşdıran, Azercell-in təqdim etdiyi "NNTV" mobil TV xidməti vasitəsilə izləmə fürsəti verildi.

Qeyd edək ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşa şəhərində 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Ölkənin lider mobil operatorunun radiobaza stansiyaları, demək olar ki, ordu birləşmələrimizlə birgə bütün cəbhə boyu irəliləyərək ən ucqar və əlçatmaz nöqtələrdə rabitə əlaqəsini həyata keçirməyə yardımçı olmuşdur.

Bundan əlavə, Azercell şirkəti ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb; “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini mümkün edib; cəbhə bölgələrinə ezam olunmuş informasiya müharibəsində savaşan bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb; Gəncə, Bərdə şəhərlərində raket hücumu nəticəsində baş vermiş hadisələrdə abunəçilərinə rabitə dəstəyi göstərib; Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb; “Azercell könüllüləri”nin xeyirxah təşəbbüslərinin davamı olaraq döyüşlərdə düşmənə layiqli cavab verən hərbçilərimizə əsgər payı göndərib və bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi qulluqçu ailələrinə dəstək kampaniyalarını davam etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020

Azercell-dən hərbi jurnalistlərə rabitə dəstəyi

07-10-2020

Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

17-10-2020

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020

Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur

01-10-2020

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

ENGİNET şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait ayırıb

30-09-2020

"İrşad Electronics" Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat köçürdü

29-09-2020

Azercell Qələbə Gününə həsr olunmuş xüsusi layihə təqdim edib

07-11-2023

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür

11-11-2020

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

"Azercell" şəhid və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

07-12-2020

NRYTN Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

03-10-2020

Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

08-11-2021

Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

12-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə